Uruqvayın “Cronicas” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Uruqvayın “Cronicas” qəzetində İsak Qliksberqin müəllifi olduğu “20 Yanvar: Azərbaycan vətəndaşlarının unutmayacağı bir tarix” adlı məqalə dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəllif məqalədə 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki önəmindən bəhs edib. Azərbaycan xalqının bu hadisə ilə bağlı həm kədər, həm də qurur hisslərini yaşadığını bildirib. Yazıda 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin həlledici mərhələsi kimi səciyyələndirilib. Yazıda Azərbaycan xalqının ölkənin azadlığı uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsini uca tutduğu və bu günlərdə 20 Yanvar şəhidlərinin dəfn edildiyi Şəhidlər Xiyabanını saysız-hesabsız insanların ziyarət vurğulanıb.
Müəllif 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik uğrunda dinc mübarizəsi qarşısında aciz qalmış M.Qorbaçovun rəhbərliyi altındakı sovet hökumətinin Bakıya qoşun yeritməsi nəticəsində baş verdiyini qeyd edib. Lakin sovet rəhbərliyinin səylərinin nəticəsiz qaldığı, Azərbaycanın 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdiyi bildirilib.
Yazıda müstəqilliyin Azərbaycan xalqı üçün hədiyyə olmadığı və bunun yalnız insanların azadlıq sevgisi və əzmkar mübarizəsi ilə mümkün olduğu vurğulanıb.
Eyni zamanda, məqalədə bu gün Azərbaycanın müstəqil, suveren, demokratik, texnoloji baxımından inkişaf etmiş və müxtəlif xalqların nümayəndələrinin birgə sülh, harmoniya və qardaşlıq şəraitində yaşadığı nümunəvi bir ölkə olduğu bildirilib.
Müəllif Azərbaycanın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacağını yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]