USAID-in administrator köməkçisi Azərbaycana səfər edəcək
Vaşinqton, 15 fevral, AZƏRTAC
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə administrator köməkçisi Brok Bierman fevralın 14-dən martın 8-dək Kosovo, Makedoniya, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu, Biermanın cari ilin əvvəlində agentlikdə işə başlamasından sonra bölgəyə ilk səfəri olacaq.
AZƏRTAC xəbər verir ki, Bierman Kosovoda donorlarla, sahibkarlara və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək və USAID-in maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə tanış olacaq. Sonra Bierman Makedoniya hökumətinin üzvləri, qeyri-hökumət təşkilatları və xüsusi sektor nümayəndələri ilə görüşmək üçün Makedoniyaya gedəcək. Özəl sektorun məşğulluğunun gücləndirilməsi, gənclərin inkişafı və müstəqil KİV-lərin dəstəklənməsi imkanlarını müzakirə edəcək.
Agentliyin yaydığı məlumata görə, Azərbaycanda administrator köməkçisi hökumət rəsmilərinin nümayəndələri ilə görüşəcək və USAID-in kənd təsərrüfatı layihələrinin reallaşdırıldığı yerlərə səfər edəcək. Daha sonra ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyasının iqtisadi, ticarət və enerji iş qrupunun həmsədri qismində Gürcüstana gedəcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]