Uşaq musiqi məktəbi şagirdlərinin uğuru
Bakı, 1 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində xanəndə ixtisası üzrə təhsil alan şagirdlər Miyasə Qədirova (12-14 yaş qrupu) və Riyad Səlimov (15-17 yaş qrupu) İtaliyada keçirilən "The Song" beynəlxalq onlayn müsabiqədə iştirak ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər “Folklor vokal musiqisi” nominasiyası üzrə birinci yerə layiq görülüblər.
Müsabiqədə Miyasə Qədirova "Yar sənin", Riyad Səlimov isə "Durna" Azərbaycan xalq mahnılarını ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]
Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO
- 07.10.2026 [20:03]