UŞAQLAR ARASINDA KEÇİRİLƏN ŞAHMAT TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Hewlett Packard (HP) şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Makkabi-Azərbaycan” Mədəniyyət İdman Birliyinin Bakıda 1997-ci il təvəllüdü və daha azyaşlı uşaqlar arasında keçirdiyi şahmat turnirinə yekun vurulmuşdur.
Turnirin qalibləri HP şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmış, birinci yeri tutmuş Rauf Mikayılov, ikinci yerə çıxmış Arif Bayramov, üçüncü yerin sahibi Nicat Səfərov cari il iyunun 4-14-də Moskvada keçiriləcək “Məktəbdə şahmat” Beynəlxalq festivalında iştirak hüququ qazanmışlar.
Xatırladaq ki, turnir Avropa ölkələrinin şahmat üzrə II Makkabi beynəlxalq turnirinin çərçivəsində keçirilmişdir. Məqsəd uşaq şahmatına diqqəti artırmışdır. Ümumiyyətlə, “Makkabi” Ümumdünya hərəkatının nümayəndəlikləri 54 ölkədə fəaliyyət göstərir və Azərbaycan da həmin ölkələr sırasındadır.
Azərbaycanda “Makkabi” hərəkatı şahmat, cüdo və basketbol idman oyunlarını dəstəkləyir. Qeyd edək ki, Azərbaycan şahmatçıları, karateçiləri, tennisçiləri və yüngül atletləri iyulun 4-12-də Romada keçiriləcək XII Makkabi Avropa oyunlarında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]