ÜST: Avropa qitəsində müşahidə olunan isti hava dalğası insanların sağlamlığını risk altında qoyur
Bakı, 24 iyun, AZƏRTAC
Avropada havanın temperaturu qlobal orta göstəricidən təxminən iki dəfə artır və qitədə müşahidə olunan isti hava dalğası insanların sağlamlığını risk altında qoyur.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bununla bağlı X sosial media hesabında paylaşım edib
O qeyd edib ki, Avropadakı isti hava dalğası məktəblərin bağlanmasına və insanların sağlamlığının təhlükə altına düşməsinə səbəb olur.
Baş direktor paylaşımda Avropa üzrə temperaturun qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətlə artdığını göstərən məlumatların olduğunu vurğulayıb.
Tedros Adhanom Qebreyesusun sözlərinə görə, bu vəziyyət gələcəkdə Avropada ekstremal istilərin başvermə ehtimalını artırır.
Tədbirlərin görülməsinin daha da gecikdirilməsinə dözümlərinin olmadığını vurğulayan Qebreyesus deyib: “Liderlər iqlim dəyişikliyinə davamlı səhiyyə sistemlərinə investisiya qoyulmasını prioritet etməklə yanaşı, iqlim fəaliyyətini sürətləndirməli və iqlim böhranının səbəblərinin azaldılması istiqamətində addımlar atmalıdırlar”.
Müxbir – Göyçək Mahmudlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]