ÜST ekspertləri Türkmənistana və Tacikistana səfər edəcək
Bakı, 24 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər missiyası Türkmənistan və Tacikistana göndəriləcək.
AZƏRTAC xəbər verir ki, bunu ÜST Avropa regional bürosunun direktoru Hans Kluqe Kopenhagendə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, ÜST-ün ekspertlər qrupu Türkmənistana bir neçə günlüyə gedəcək. Qrup şəhərlərə, tibb müəssisələrinə və vacib obyektlərə baş çəkəcək. Mütəxəssislər səfərin yekunları üzrə ölkədəki mövcud epidemioloji duruma dair qərar çıxaracaq və koronavirusun yayılmasından qorunmaq üçün tədbirlərin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verəcəklər.
Rəsmi mənbələr Türkmənistan və Tacikistanda COVID-19 diaqnozunun qeydə alınmadığını bildirir. Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri Nurməhəmməd Amannapesov ölkənin Lebapsk vilayətində, Türkmənbaşı və Qaraboğaz şəhərlərində yerləşən üç karantin zonasında koronavirus diaqnozu ilə hazırda 151 nəfərin saxlandığını, onların əksəriyyətinin iri yük maşınlarının sürücüləri və gəmi heyətinin üzvləri olduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]