“Üzeyir nəfəsi – 140 illik səda” adlı seminar təşkil edilib
Bakı, 27 noyabr, AZƏRTAC
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Üzeyir bəy Hacıbəylinin 140 illiyi münasibətilə “Üzeyir nəfəsi – 140 illik səda” adlı seminar təşkil edilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin müəllimi, musiqişünas, beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Nəzərov Üzeyir bəyin yaradıcılığına dair məruzə ilə çıxış edib. Seminarda Bülbülün ifasında “Koroğlunun ariyası” səsləndirilib, musiqi müşayiətini Fuad Nəzərov fortepianoda edib. Həmçinin “Yaxşı yol” əsəri də ifa olunub.
Üzeyir bəyin həyat və irsini əks etdirən videoslaydlar nümayiş olunub.