ÜZÜM PLANTASİYALARINDAN İLK MƏHSUL GÖTÜRÜLƏCƏK
İsmayıllı rayonunda son illər üzümçülük sürətlə inkişaf etdirilir. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 356 hektarda yeni üzüm plantasiyaları salınmışdır. Əvvəlki bağlarla birlikdə plantasiyalarının ümumi sahəsi 701 hektara çatdırılmışdır. Bu il son dövrlərdə salınmış 356 hektarından məhsul götürüləcəkdir. Hazırda plantasiyalarının yaz becərilməsi müvəffəqiyyətlə davam etdirilir, cərgəaraları şumlanır, belləmə işləri görülür, xəstəliklərə və ziyanvericilərə qarşı dərmanlama aparılır.
Üzüm bağları əsasən rayonun Talıstan, Mücühəftəran, Hacıhətəmli, Mollaisaqlı, Gideyli, Qalagah kəndləri ərazilərində, habelə Nikitin adına kolxozun sahələrindədir. Fermerlər bütün diqqəti plantasiyaların yüksək aqrotexniki qaydada becərilməsinə yönəltmişlər. Hər gün bağlarda yüzlərlə işçi qüvvəsi, 30 - 35 texnika işləyir. İlkin hesablamalara görə, bu il rayonda 5 min tondan çox məhsul yığılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]