Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə davam edir
Bakı, 7 noyabr, AZƏRTAC
Ümumilikdə 7 dövlət orqanında 21 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş ümumi müsahibə davam edir.
AZƏRTAC DİM-in noyabrın 7-si saat 11:15-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 9 nəfər uğur qazanıb. Onlardan 4-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 3-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, ümumi müsahibədə iştirak üçün 76 nəfər sənəd verib. Müsahibə dekabrın 16-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]