VARŞAVADAN İTALİYANIN CƏNUBUNADƏK KÖLƏLƏR AXTARIŞINDA
Kölə halına salınan işçilər arasında özünü öldürənlər də olurdu. Bunu XƏİ karabinerlərinin fəaliyyətinə başçılıq etmiş general Campaolo Qantser bildirmişdir. Antimafioz prosesləri üzrə milli prokuror Pyero Qrasso isə muzdurların yaşadıqları yerlərin əsil həbs düşərgəsini xatırlatdığını söyləmişdir. Bari şəhərinin baş hakimi Cuzeppe de Benedikts insan alverinə və onların köləlikdə saxlanmasına yönəldilmiş qanunsuz fəaliyyətdə iştirakda təqsirləndirilən 27 şəxsin həbs edilməsi üçün order vermişdir. Karabinerlər Avropa və Polşa orderləri əsasında Polşa polisi ilə birlikdə həbslər keçirmişlər.
Polyakların yaşayış və iş şəraiti ilə tanış olduqda adamı dəhşət bürüyür. Onları amansızcasına döyür və vicdansızcasına təhqir edirdilər, xüsusən də bu cəhənnəmdən can qurtarmaq üçün qaçmağa çalışanları. 10-15 saatlıq iş günündən yayınanlar 20 avro məbləğində cərimə ödəməli idilər, halbuki muzdurlara bir saat işləməyə görə müəyyən edilmiş 5 avro əvəzinə qəpik-quruş verirdilər.