VAŞİNQTONDA AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA ƏMƏKDAŞLIĞA DAİR İŞÇİ QRUPUNUN NÖVBƏTİ GÖRÜŞÜ KEÇİRİLƏCƏK
Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Ələkbərovun və ABŞ Dövlət Departamentinin Avrasiya üzrə Yardım Proqramının əlaqələndiricisi Tomas Adamsın həmsədrlik etdikləri İşçi Qrupunun bu görüşündə makroiqtisadi mühit, fiskal və monitar siyasət, Azərbaycanda büdcənin hazırlanması prosesi, respublikamızın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı (BVF, DB), iqtisadi artımın davam etdirilməsi, neft gəlirlərinin istifadəsi, ölkəmizin ÜTT-yə üzvlüyü məsələsi, dövlətimizin antikorrupsiya strategiyası, özəlləşdirmə məsələləri, bank nəzarəti proqramı, çirkli pulların yuyulması, kiçik və orta sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı, enerji və infrastruktur, Minilliyin Çağırışları Proqramı, ABŞ-ın Azərbaycana yardım proqramının istiqamətləri, ikitərəfli iqtisadi əlaqələr və digər məsələlər müzakirə ediləcəkdir.
Maliyyə naziri Əvəz Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Vaşinqtonda, həmçinin Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun rəhbərləri ilə də görüşlər keçirəcəkdir.