Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçiriləcəkdir
Bakı, 30 mart (AZƏRTAC). Martın 31-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda 1918-ci ildə xalqımıza qarşı törədilən soyqırımına həsr olunmuş tədbir keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir günahsız qurbanların əziz xatirəsinin anılması ilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə təşkil olunur.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə keçirdiyi “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri elan ediləcəkdir.
Xatırladaq ki, sərgi-müsabiqənin açılışı bu il fevralın 25-də keçirilmişdir. Müsabiqədə 125-dən çox rəssam 150-dək əsərlə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]