VƏFA QƏMBƏROVA DAMA ÜZRƏ ÖLKƏ ÇEMPİONU OLMUŞDUR
Bakı, 16 yanvar (AZƏRTAC). Respublika Şahmat Mərkəzində keçirilən qadınlar arasında 64 xanalı dama üzrə ölkə çempionatı başa çatmışdır. Dama federasiyasının vitse-prezidenti İbrahim İsmayılovun hakimliyi ilə keçirilən yarışda Vəfa Qəmbərova 18 mümkün xaldan 18-i toplayaraq Azərbaycan çempionu adına layiq görülmüşdür. Leyla Nəcəfova 2-ci, Əzizə Rəfizadə isə 3-cü yeri tutmuşlar.
14 damaçının iştirak etdiyi kişilərin yarışında isə Elşən Zeynalov 17 xalla liderdir. Fərhad Hüseynov 16 xalla 2-ci yerdədır, Aslan Aslanlı ilə Pərviz Həsənov hərəyə 15 xalla 3-cü yeri bölüşürlər.
Dairəvi sistem üzrə keçirilən kişilərin yarışına yanvarın 16-ı yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]