“VƏFA”NIN AZƏRBAYCANIN VƏFALI OĞLUNA HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞI
Azərbaycan və ingilis dillərində çapdan çıxmış dərgidə dövlətimizin qurucusu və memarı Heydər Əliyevin son mənzilə yola salınmasını əks etdirən fotoşəkillər verilmişdir. Dünyanın görkəmli siyasətçilərinin ümummilli liderimiz haqqında dəyərli fikirləri, Xuraman Vəfanın “Fələyin də kaş sınaydı qələmi...”, Müzəyyəm Ağabəyovanın “Ayrılıq” esseləri, Turan Cavidin “Cavidin böyük xeyirxahı” məqaləsi, müdrik dövlət xadimi Heydər Əliyev haqqında Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun “Xalqın daş yaddaşı” və SSRİ xalq artisti, bəstəkar Arif Məlikovun “Əbədiyyət”, yaxud ulu öndərə rekviyem” müsahibələri, YAP Siyasi Şurasının üzvü Nurlana Əliyevanın “Möhtərəm Heydər Əliyev öz xalqına müqəddəs bir abidə qoyub getdi. Bu abidənin adı müstəqil Azərbaycan Respublikasıdır”, əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin “Həyatımız, yaddaşımız”, Milli Məclisin mətbuat xidmətinin müdiri Aqşin Babayevin “Heydər Əliyevin jurnalistika məktəbi”, tarix elmləri doktoru Sabir Gəncəlinin “O, mənəvi dəyərlərimizin qoruyucusunun rəmzidir” yazıları və digər materiallar diqqəti daha çox cəlb edir.
Jurnal “Azərbaycan” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunmuşdur.