VENESUELA VƏ İRAN MÜŞTƏRƏK NEFT LAYİHƏLƏRİNƏ 10 MİLYARD DOLLAR AYIRACAQLAR
Həm də “Petroleos de Venesuela” dövlət neft şirkətinin (PDVSA) prezidenti olan Ramires demişdir ki, İran Prezidenti Mahmud Əhmədinejadın Karakasa səfəri zamanı neft hasilatı və neft kimyası sahəsində əməkdaşlığa dair 11 saziş imzalanmışdır. Əməkdaşlıq çərçivəsində Orinoko çayı hövzəsində neft hasilatı üçün PDVSA və İranın “Pertopars” şirkətlərinin müştərək müəssisələrini yaratmaq, habelə üçüncü ölkələrdə biznes aparmaq nəzərdə tutulur. Məsələn, Suriyada neftayırma zavodu tikmək planlaşdırılır.
Ramires bildirmişdir ki, müştərək kapitalı 1,5 milyard dollar olan Venesuela-İran neft kimyası şirkəti yaradılmışdır. O, həm neft kimyası zavodlarının tikintisində, həm də onların məhsullarının satışında iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]