VERGİLƏR NAZİRLİYİ BƏLƏDİYYƏ SƏDRLƏRİ ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Respublika Vergilər Nazirliyi bələdiyyələrlə əlaqələrin qurulması və bir sıra vergi qanunvericiliyinin öyrənilməsi ilə əlaqədar Gəncədə zona seminar-müşavirə keçirmişdir. Gəncə və Naftalan şəhərlərinin, Goranboy, Xanlar, Samux və Daşkəsən rayonlarının 150-yə yaxın bələdiyyə sədrinin iştirakı ilə keçirilən seminar-müşavirə Respublika Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar mərkəzinin bələdiyyələrlə iş şöbəsinin rəisi Hafiz Məmmədov məruzə ilə çıxış edərək yerli vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi, yerli büdcənin ödəyiciləri olan fiziki şəxslərin və onların daşınmaz əmlakının uçota alınması qaydaları haqqında metodiki tövsiyələr vermişdir. Seminar-müşavirədə bələdiyyə sədrlərini maraqlandıran suallara da aydınlıq gətirilmişdir.