Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi 105 yaşlı Azərbaycan Ordusunun tarixində ən şanlı səhifədir VİDEO

Vətən müharibəsi 105 yaşlı Azərbaycan Ordusunun tarixində ən şanlı səhifədir VİDEO

Bakı, 26 iyun, Məmməd İsayev, AZƏRTAC

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib.

Bu gün əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Bu gərəkli iş Ümummilli Lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, ordu siyasi təsirlərdən xilas edildi.

Bu gün Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində hazırda ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər.

Son illər Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Ordumuzun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, Zəfər bayrağı ilə qayıtdıq. Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Azadlıq meydanı bir çox hadisələrin şahidi oldu. Zəfər paradı düşmənə, onun havadarlarına xatırlatdı ki, Azərbaycan Ordusu güclü ordudur.

Hərbi Hava Qüvvələri də digər qoşun növləri kimi torpaqlarımızın azad edilməsində xüsusi xidmətləri ilə yadda qaldı

AZƏRTAC-la həmsöhbət olan hərbi qulluqçularımız müsahibələrində Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyinin Qələbə təntənəsində qeyd edilməsindən qürur duyduqlarını bildiriblər.

Hərbi Hava Qüvvələrinin zabiti, baş leytenant Sərxan Qurbanov deyib: “Yeddi ildir ki, hərbi xidmətdəyəm. Hərbçi olmağımın əsasında Vətən sevgisi, xalqımıza layiqli xidmət etmək dayanır. Xidmətimin ən yadda qalan dövrünü Vətən müharibəsində yaşadım. Neçə ildir humanist yanaşmamıza təxribatlarla cavab verən düşmənin 2020-ci il sentyabrın 27-dəki əməlləri onlara baha başa gəldi. Məsələnin sülh yolu ilə həllinə çalışsaq da, düşmənin namərd davranışları müharibəni qaçılmaz edirdi. Əslində müharibənin başlanması bizim üçün də sevindirici oldu. Şükürlər olsun ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misli görünməmiş şücaət göstərərək 30 illik işğala 44 gündə son qoydu. Hərbi Hava Qüvvələri də digər qoşun növləri kimi torpaqlarımızın azad edilməsində xüsusi xidmətləri ilə yadda qaldı. Belə ki, təyin olunmuş bütün düşmən obyektlərinin vurulması yüksək dəqiqliklə yerinə yetirildi. Təəssüf ki, müharibə vaxtı öz peşəkarlığı və əzmkarlığı ilə seçilən pilotumuz polkovnik Zaur Nudirəliyev şəhid oldu. Onun kimi təcrübəli zabiti itirmək hər birimiz üçün çox ağır idi”.

Müharibə ilə bağlı xatirələrini bölüşən zabit söhbətinə belə davam edib: “Həmin dövrdə mənim atamın vəziyyəti çox ağır idi. Dəfələrlə mənə zəng edərək gəlməyimi istədi. Mən isə ona torpaqlarımızın hər qarışı uğrunda gərgin döyüşlərin getdiyini, silahdaşlarımı qoyub gələ bilməyəcəyimi söylədim. Müharibənin sonlarına yaxın atamın dünyasını dəyişməsi xəbərini aldım. Təbii ki, atamla vidalaşmaq istərdim, amma müharibənin qızğın yerində döyüş meydanından çəkilə bilməzdim. İnanıram ki, atam da buna görə məndən inciməz, əksinə mənimlə fəxr edər. Bibim oğlu da Vətən müharibəsində şəhadətə ucalanlar arasında oldu. Bir neçə dəfə yaralansa da, hospitalda müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıdıb. Şəhid olan döyüş yoldaşlarını təxliyə etmək istəyərkən ağır yaralanıb. Bir gün sonra mühasirədən çıxsa da, həyatını xilas edə bilməyiblər. Düşünürəm ki, mən onun da qisasını ala bildim”.

Qalib Ordumuzun hərbçisi olmaqdan qürur duyuram

Azərbaycan Ordusunun baş leytenantı Əmirbəy Ramaldanov bildirib ki, 105 illik tarixin bir parçası olmaq, xüsusilə də qalib Ordumuzun hərbçisi olmaq hisslərini sözlə ifadə etmək mümkün deyil. Ordumuzun şanını dünyaya yayan, sıravi əsgərindən yüksək rütbəli zabitinədək hər kəsin ön cəbhədə gözünü qırpmadan irəli atdığı Vətən müharibəsi bizim özümüzə olan inamımızı geri qaytardı. Doğrudur, hər zaman əmin idik ki, müharibə olarsa, mütləq qalib olacağıq. Lakin bunu yaşamaq, yağış kimi yağan güllələrin altında qorxmadan irəli getmək, döyüş meydanında ardıcıl qələbələr qazanaraq Böyük Zəfərə çatmaq insanı bir başqa cür qürurlandırır.

Azərbaycan Ordusunun illərdir başımıza gətirilənlərin qisasını almaq üçün bu müharibəni gözlədiyini deyən baş leytenant fikirlərinə belə davam edib: “İrəli atılanda Birinci Qarabağ müharibəsi dövründə olanları, soyqırımları, Xocalı hadisələrini, ara-sıra edilən təxribatları, şəhid olan döyüş yoldaşlarımızı gözlərimizin qarşısına gətirirdik. Yaxın dostum baş leytenant Həsən Rzazadə və bibim oğlu polkovnik-leytenant Babək Ramaldanov yanımda şəhid oldu. Bundan sonra Allahdan başqa heç bir qüvvə bizi saxlaya bilməzdi. Həm ön, həm də arxa cəbhədə, hamılıqla vuruşduq. Bütöv bir yumruq olaraq döyüşdük. Mənim olduğum bölmə Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətlərində döyüşlərdə iştirak. Qələbə xəbərini noyabrın 8-də Laçın rayonun Suarası kəndində aldıq. İlk növbədə Şuşanın azad olunması xəbərini eşitdik. Həmin an keçirdiyimiz hissləri sözlə ifadə etmək qeyri-mümkündür. Bircə onu bildim ki, qeyri-ixtiyarı hər kəsin gözlərindən yaş süzüldü. Şuşa bizim yaralı yerimiz idi. O xəbəri alanda duyğulanmamaq mümkün deyildi. Növbəti gün gecə saatlarında isə Ermənistanın kapitulyasiyası xəbərinə sevindik. Ən çox isə missiyamızı uğurla tamamlamaq bizi xoşbəxt etdi. O an bütün şəhid silahdaşlarımıza minnətdarlığımızı ifadə etdik. Hazırda hər birimiz Qarabağa ayaq basanda şəhidlərimizə rəhmət oxuyur, qazilərimizə cansağlığı diləyirik. Biz bu qələbəni xalq olaraq qazandıq, ədaləti həmrəyliyimiz sayəsində bərpa etdik”.

Qeyd edək ki, Əmirbəy Ramaldanov “Azərbaycan Bayrağı” ordeni və “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Zəfərin dadı başqa olsa da qazanılması elə də asan deyil

3-cü dərəcəli “Rəşadət” ordeni, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş kapitan Sənan Məmmədov qeyd edib ki, 105 yaşlı Azərbaycan Ordusu tarixinin ən şanlı səhifəsini məhz 2020-ci ilin payızında yaşadı. Belə ki, həmin il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Həmin tarixi Qələbə, ilk növbədə, Ordumuzun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Mən də Azərbaycanın qalib Ordusunun zabiti olmaqdan fəxr edirəm. Azərbaycan Ordusunun hərbi qulluqçuları həmişə bu qürur hissini yaşamaq üçün daim üzərlərində çalışıb, döyüş hazırlığımızı həmişə yüksək səviyyədə tutub. 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 30 illik torpaq həsrətinə son qoydu. Bizi vüsala çatdıran Qələbə Azərbaycanın işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük gün oldu.

Vətən müharibəsində döyüş yolunun Füzulinin Alxanlı kəndi istiqamətindən başladığını diqqətə çatdıran S.Məmmədov rayonun Qarğabazar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı kəndlərinin azad edilməsi uğrunda savaşdığını bildirib: “İkinci dəfə yaralandığım üçün döyüşü davam etdirə bilmədim. Ancaq mənim də sıralarında olduğum bölmələr Füzulinin İşıqlı, Gecəgözlü, Yuxarı Aybasanlı kəndləri, həmçinin Xocavənd istiqamətlərində mübarizəni davam etdirdilər. Şuşanın azad edilməsi xəbərini Gəncədə hospitalda eşitdim. Artıq üçüncü ildir ki, ordumuz öz bayramını Zəfər təntənəsi ilə qeyd edir. Bir hərbi qulluqçu üçün Qələbəyə gedən yolda bütün çətinlikləri inamla 44 günə dəf etmək böyük şərəfdir. İşğalçı Ermənistan ordusunu və Ohanyan səddini darmadağın etmək üçün 44 günün yetərli olmasında əsas amil qisas hissimiz idi. Yəni biz müharibədə qardaşı şəhid olan əsgərimizin gözünü qırpmadan və bir damla göz yaşı tökmədən döyüşünü davam etdirməsinin şahidi olduq. Odur ki, Vətən müharibəsində Zəfərin qazanılmasında Azərbaycan xalqının və əsgərinin ürəyindəki Vətən sevgisi, döyüşmək əzmi mühüm rolu oynadı. Müharibədə düşmənlə qarşılaşdığımız zaman silahdaşlarımızın şəhid olmasını xatırlayıb, intiqam hissləri ilə döyüşümüzü davam etdirirdik.

Biz həlledici Zəfərə addım-addım çatdıq. Döyüş meydanlarında dəfələrlə sınaqlardan üzüağ çıxdıq. Vətən müharibəsi isə ən böyük imtahanımız oldu. Çox şükür ki, həmin müharibə dünya hərb tarixinə düşəcək Şanlı Qələbə ilə yekunlaşdı”.

Vətən müharibəsi 105 yaşlı Azərbaycan Ordusunun tarixində ən şanlı səhifədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər