“Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 3 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbə və magistrantları arasında keçirilən “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri açıqlanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, komissiya üzvlərinin qərarına əsasən birinci yerə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 1-ci kurs magistrantı Fərid Qurbanov, ikinci yerə Mexanika-riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Çiçək Nəcəfova, üçüncü yerə isə Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Leyla Əhmədova layiq görülüb.
Qaliblər müvafiq olaraq, I yer 300 manat, II yer 250 manat, III yer 200 manat pul mükafatı və diplomla təltif ediləcək, rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesablarında dərc olunacaq.