Vətən müharibəsi iştirakçısının üçəm övladı dünyaya gəlib
Şirvan, 2 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda Vətən müharibəsinin iştirakçısı Tural Mütəllimovun üçəm övladı dünyaya gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Mütəllimov Tural Ziyadxan oğlu və onun ailə üzvləri ilə üçəm övladlarının dünyaya gəlməsi münasibətilə görüş olub. Şirvan Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə şəhər icra hakimiyyətinin rəhbərliyi gənc ailəyə təbriklərini çatdırıb, üçəmlərə sağlam və xoşbəxt həyat arzulanıb.
Daha sonra gənc ailəyə uşaq arabaları hədiyyə olunub.