CƏMİYYƏT
Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb
![](/files/galleryphoto/2024/1/1200x630/17119636403823614_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1711963640480362221_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17119636401682752871_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/171196364091533680_1200x630.jpeg)
Bakı, 1 aprel, AZƏRTAC
Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi zamanı torpqalarmızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Vüqar Elxan oğlunun əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın, o cümlədən Qarabağımızın azadlığı ilə nəticələndi. Qırx dörd günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Ölkəmiz, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.