“VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FORMALAŞMASINDA MƏHKƏMƏNİN ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLƏCƏK
GTZ-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd “Vətəndaş cəmiyyətinin formalaşmasında məhkəmənin rolu” mövzusunda keçiriləcək dəyirmi masada iştirak etməkdir. Dəyirmi masanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və GTZ-nin “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” ikitərəfli layihəsi martın 30-da keçirəcəklər. Tədbirdə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Apellyasiya və İqtisad məhkəmələrinin, birinci instansiya məhkəmələrinin hakimləri, eləcə də Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edəcəklər. AFR-in Baden-Vürtemberq Torpağı Konstitusiya və Ştutqard Ali Torpaq məhkəmələrinin sədri Eberhart Ştilz də tədbirdə iştirak etmək üçün martın 28-də Bakıya gələcəkdir.
Bir həftəlik səfər ərzində Rolf Knieper və Eberhart Ştilz bir sıra rəsmi şəxslərlə görüşəcəkdir.
Rolf Knieper Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müdavimləri ilə də görüşəcək, “Azərbaycanda hüquq islahatlarının aparılması zərurəti” mövzusunda çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]