Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk

Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Tovuz rayonundan Əfqanıstan və Qarabağ müharibələri veteranı İbrahim Həsənov: “Hörmətli cənab Prezident, mənim oğlum Həsənov Niyaməddin hazırda Şirvan şəhərində hərbi xidmətdədir. Yeri düşəndə ona baş çəkirəm. Bakı şəhərində keçirilən hərbi andiçmə mərasimində də iştirak etmişəm. Qeyd etməyi özümə borc bilirəm ki, hərbi hissələrdə gördüklərimdən çox məmnun qalmışam. Əsgərlər üçün yaradılan yüksək şərait, onların təlim-tərbiyəsinə, sağlamlığına və qidalanmasına böyük diqqət göstərilməsi bir Qarabağ müharibəsi veteranı kimi mənə çox xoş təsir bağışlayır. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yaratdığı möhkəm nizam-intizam Sizin sayənizdə bu gün də mövcuddur. Cənab Prezident, ona görə də bu gün biz əsgər atalarının Sizə və dövlətimizə olan məhəbbəti yüksəkdir. Əminəm ki, yaxşı şəraitdə və güclü nizam-intizam altında xidmət edən əsgərlərimiz həm Vətənimizi etibarlı qorumağa, həm də gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olmağa qadirdirlər. Mən bununla fəxr edirəm. Allah hər zaman Sizə sevinc dolu günlər qismət eləsin!”.

Tərtər rayonunun Kəngərli kəndinin sakinləri adından Ədalət Nağıyev, İbadət Nağıyev, Vidadi İsmayılov, Bünyad İsmayılov, Nəriman Abbasov və Tofiq Zamanov yazırlar: “Möhtərəm cənab Prezident, su həyat, su dirilik, su bol məhsul deməkdir. Düşmənlərimiz bizə həm də iqtisadi cəhətdən zərbə vuraq üçün Sərsəngdən təsərrüfatlarımıza gələn suyun qarşısını kəsib qışda suyu buraxırlar, kənd təsərrüfatı məhsullarının becərmə dövründə isə əkinlərimizi suvarmağa imkan vermirlər. Ona görə suvarma dövründə çox çətinliklərlə üzləşirik. Bu çətinliklərin öhdəsindən isə Sizin Sərəncamınızla yaradılan artezianların köməyi ilə gəlirik. İyunun 3-də rayonumuza səfərinizdən dərhal sonra Sərəncamınızla rayonumuzun 18 yaşayış məntəqəsində 21 artezian quyusu qazılmağa başlanılıb. Bu artezianların biri də bizim Kəngərli kəndinin payına düşüb. Həmin artezianla 60 hektardan çox sahə suvarılacaq. Möhtərəm cənab Prezident, koronavirus pandemiyasına qarşı aparılan mübarizə dövründə bütün çətinliklərə baxmayaraq, bizim rayona səfər etdiyiniz, rayonumuzda 21 yeni artezian yaradılması ilə bağlı Sərəncam imzaladığınız üçün Sizə kəndimizin sakinləri və fermerləri adından minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var. Tanrı Sizi və ailənizi qorusun!”.

Böyük Britaniyanın Edinburq şəhərindən dövlətimizin başçısına məktub yazan Fərid İbrahimov qeyd edir: “Hörmətli cənab Prezident, hazırda koronavirus pandemiyasının yaratdığı vəziyyətin hər kəsə təsirsiz ötüşmədiyi məlumdur. Mən Böyük Britaniyada təhsil alan tələbələrdən biriyəm. Tədrisin müddəti yenicə bitmişdir. Bu müddət ərzində təqaüd verilməsi dayandırıldığından maddi cəhətdən sıxıntı çəkirdim. Maliyyə vəziyyətimin ağırlaşması ilə bağlı müraciət etmişdim. Səfirlik pandemiyanın yaratdığı işsizlik mühitini və yaşadığımız gərginliyi nəzərə alaraq dərhal dəstək göstərdi və məni çətinlikdən xilas etdi. Pandemiya dövründə dövlətimizin çətinə düşən vətəndaşların məsələlərinə çevik reaksiyası göz qabağındadır. Bu, Sizin liderliyinizin sayəsindədir, cənab Prezident. Buna görə bir gənc vətəndaş olaraq Sizə təşəkkür edirəm”.

Lənkəran rayonunun Cil kəndindən Faiq Şıxəlizadə: “Hörmətli cənab Prezident, dünyanı ağuşuna almış bu pandemiya dönəmində Sizin göstərdiyiniz səyləri, vətəndaşlarımızın sağlamlığı, əhalinin sosial vəziyyətinin sabit saxlanılması istiqamətində atdığınız uğurlu addımları yüksək qiymətləndiririk. Karantin dövründə cəmiyyətin bütün sahələrinə, o cümlədən təhsilin davam etdirilməsi, şagirdlərin və müəllimlərin tədris prosesindən kənarda qalmaması istiqamətində verdiyiniz tapşırıqlara və həyata keçirdiyiniz çevik fəaliyyətə görə bir vətəndaş və bir təhsil işçisi kimi Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, xalqımız da pandemiya şəraitinin bütün qaydalarına əməl edəcək və biz dövlət olaraq bu ağır vəziyyətdən üzüağ çıxacağıq. Son dövrlərdə regionların sosial-iqtisadi inkişafı və korrupsiya ilə mübarizə sahəsində də görülən böyük işlərə görə Sizə dərin minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram”.

Salyan şəhərindən Könül Rəhimovanın məktubunda deyilir: “Əziz Prezidentimiz, mən Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəbin müəllimi Rəhimova Könül Sədafər qızı Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Siz Ulu Öndərimizin layiqli davamçısısınız. Müstəqil Azərbaycan Sizin apardığınız düzgün siyasətin nəticəsində gündən-günə inkişaf edir, çiçəklənir. Azərbaycanın hər bölgəsində quruculuq-abadlıq işləri aparılır, şəhərlərimiz, rayon və qəsəbələrimiz abadlaşır, gözəlləşir. Bu quruculuq-abadlıq işləri Salyanda da yüksək səviyyədə aparılır. Yeni məktəblər və uşaq bağçaları tikilir, təmirə ehtiyacı olanlar əsaslı təmir olunur. Sizin Sərəncamınızla və Heydər Əliyev Fondunun dəstəyi ilə Ərəbqardaşbəyli, Qızılağac və Aşağı Kürkənd kəndlərində yeni məktəblərin, Qarabağlı kəndində yeni uşaq bağçasının tikintisi bizi çox sevindirir. Kənd və qəsəbələrin yollarının abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, hazırda Aşağı Kürkənd və Xurşud kənd yollarına asfalt örtüyü çəkilir. Bütün bunlar Salyan əhalisinin rahatlığının təmin olunmasına xidmət edir. Cənab Prezident, bütün görülən işlərə, uğurlarımıza görə Sizə öz adımdan, ailəmin və valideynlərimin adından dərin minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, Sizin kimi humanist, ədalətli və xalqını öz ailəsi kimi sevən Prezidentimiz var. Dualarımız hər zaman Sizinlədir. Allah Sizi və ailənizi qorusun!”.

Bakının Suraxanı rayonunun Zığ qəsəbəsindən Əliyulla Quliyev: “Hörmətli cənab Prezident, mən bir vətəndaş olaraq bu gün Azərbaycanın gündən-günə çiçəklənməsinin şahidiyəm. Sizin xalqımızı düşünərək atdığınız qətiyyətli addımları xalq görür və yüksək dəyərləndirir. Təəssüflər olsun ki, bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Bu bəladan xilas olmaq üçün vaxtında və düşünülmüş qərarlar qəbul edilmişdir və bu qərarlara hamımız ciddi yanaşmalıyıq. “Biz birlikdə güclüyük!” devizi altında COVID-19 pandemiyasına qarşı mübarizə aparsaq, inanıram ki, yenidən sağlam həyatımıza qayıdacağıq. Onu da qeyd etmək istəyirəm ki, bu çətin zamanda Siz həmişəki kimi xalqı düşündünüz və qayğı göstərdiniz. Bu diqqətə görə bütün xalqımızın adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.

Siyəzən şəhərindən Mazan Əzimov: “Möhtərəm cənab Prezident, bu təşəkkür məktubunu Sizə Siyəzən şəhəri M.Ə.Sabir küçəsinin sakinləri adından yazıram. Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərini alqışlayırıq. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Siyəzən rayonunda da lazımi tədbirlər həyata keçirilir. Pandemiya dövründə aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan şəxslərə, işə getmək imkanı olmayanlara dövlət tərəfindən maddi və mənəvi dəstək göstərilməsi, ərzaq yardımları verilməsi təqdirəlayiqdir. Həmçinin çox yaxşı haldır ki, belə bir dövrdə sosial və infrastruktur layihələrinin icrası davam etdirilir. Bunun üçün öz adımdan, ailəmin və rayon sakinlərinin adından Sizə minnətdarlığımı bildirirəm. Yaşasın müstəqil Azərbaycan Respublikası və onun müdrik, qayğıkeş Prezidenti!”.

Ucar rayonunun Quləbənd kəndindən Aydın Rəsulov: “Hörmətli cənab Prezident, bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçməmişdir. İnsan amilini daim diqqət mərkəzində saxlayan dövlətimiz bu dəfə də yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi üçün mühüm addımlar atmaqda davam edir. Ümidvarıq ki, bu addımlar sayəsində ölkəmiz koronavirus pandemiyasından ən az zərərlə çıxmağı bacaracaqdır. Hörmətli cənab Prezident, görülən operativ işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bütün sahələrdə olduğu kimi, dini sahədə də Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan dindarları və din xadimləri xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Hörmətli cənab Prezident, təəssüflər olsun ki, dövlətimizin inkişafına qısqanclıqla yanaşan, onun beynəlxalq nüfuzunun artmasından narahatlıq keçirən bəzi qüvvələr görülən bu işlərə kölgə salmağa çalışırlar. Lakin bu antimilli ünsürlər Azərbaycanımıza ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər. Onların təxribatları hər dəfə iflasa uğrayacaq”.

Bakının Nərimanov rayonundan Səbuhi Allahverdiyev: “Hörmətli cənab Prezident, dünyanı lərzəyə salan koronavirus pandemiyası ölkəmizdə yayıldığı vaxtda mənim anam, xalam və nənəm bu xəstəliyə yoluxmuşdu. Çox narahat idim. Lakin bu narahatlığım hazırda səngimişdir. Çünki ailə üzvlərim yeni açılmış və Sizin təşəbbüsünüzlə koronavirus xəstələrinin ixtiyarına verilmiş “Yeni klinika”da müalicə olundular və şəfa tapdılar. Bu, Sizin ölkə vətəndaşlarına olan qayğınızın bariz nümunəsidir. Buna görə, ilk növbədə, Sizə, həmçinin ailə üzvlərimə layiqli xidmət göstərən həkimlərimizə təşəkkür etməyi özümə borc bilirəm. Ailəmizin adından Sizə sağlam və uzun ömür diləyirəm”.

Neftçala şəhərindən Elxan Rəhmanov, Vasif İsmayılov, Mübariz Lətifov, Azad Əhmədov və Elşad Rzayev yazırlar: “Hörmətli Prezident cənab İlham Əliyev, biz, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları bu təşəkkür məktubunu Sizə ünvanlayaraq bildiririk ki, Neftçala şəhərində yaşadığımız binanın həyətində təmizlik, abadlıq işləri görülmüş, burada yerləşən və sakinlərin içməli suya olan tələbatını ödəmək üçün nəzərdə tutulmuş böyük su anbarı tamamilə təmizlənmişdir. Müvəqqəti yaranmış problemlə əlaqədar sakinlərin içməli suya olan tələbatını ödəmək üçün mütəmadi olaraq maşınlarla içməli suyun daşınması təşkil edilmişdir. Biz bilirik ki, vətəndaşlara göstərilən bu qayğı Sizin məqsədyönlü siyasətinizdən qaynaqlanır. Ölkəmizin hər bir sakininə, o cümlədən bizə daim qayğı ilə yanaşıldığını, rayonumuzda abadlıq-quruculuq işlərinin davamlı şəkildə aparıldığını görürük. Odur ki, cənab Prezident, Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Mingəçevir şəhərindən Araz Qəhrəmanov və Məhəmməd Şirinov yazırlar: “Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1981-ci ildə birinci enerji bloku istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyası respublika energetikasının inkişafında mühüm bir mərhələnin təməlini qoymuşdur. Uzun illərdir bu İES ölkəmizin əsas elektrik enerjisi mənbəyidir. Bu strateji obyektin Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq yenidən qurulması ölkə əhalisini, xüsusilə də Mingəçevir şəhərinin sakinlərini sevindirir. Hazırda “Azərbaycan” İES-də görülən işlər yüksək səviyyədə həyata keçirilir. Mingəçevir şəhərinin sakinləri stansiyanın müasir üslubda yenidən qurulmasına, gözəl şəhərimizin ümumi mənzərəsinə yeni çalarlar qatdığına görə Sizə dərindən təşəkkür edirlər. Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyinin daha da gözəl olacağına ümidlərimiz böyükdür. Sizə cansağlığı, işlərinizdə yeni müvəffəqiyyətlər arzulayırıq”.

Ağcabədi rayonundan Bayram İsmayılov: “Hörmətli cənab Prezident, Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Son bir neçə ayda COVID-19 pandemiyasının dünyanı ağuşuna alması ilə çox şey dəyişdi. Belə bir vaxtda Siz xalqın yanında olduğunuzu həm bildirdiniz, həm də sübut etdiniz. Bildirmək istərdim ki, biz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirləri tam olaraq dəstəkləyirik. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır və Sizin rəhbərliyinizlə dövlətimiz bunun öhdəsindən uğurla gəlir. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Azərbaycan xalqı hər zaman öz Prezidentinin yanındadır”.

Şirvan şəhərindən Amin Quliyev: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə qurtulacağımıza böyük inamımız var. Cənab Prezident, Sizin Azərbaycan məktəblisinin, Azərbaycan tələbəsinin, bir sözlə Azərbaycan gəncliyinin qorunması, bu bəlaya düçar olmaması üçün atdığınız humanist atdımlardan biri də evdə qalaraq təhsilə davam etmək qərarını verməyinizdir. Bu, Azərbaycan gəncliyinin sağlamlığının qorunması uğrunda atdığınız fədakar addımların göstəricisidir. Sizin "Biz birlikdə güclüyük!" şüarınız xalqımızın həmrəyliyinə, birliyinə sanki yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirusa qalib gələcəyik. Hörmətli Prezidentimiz, Sizə Şirvan şəhərinin gəncləri adından dərin təşəkkür edir və bildirirəm ki, biz gənclər Sizin atdığınız hər bir addımın dəstəkçisiyik”.

Sumqayıt şəhərindən müəllim Elnarə Xudaverdiyeva: “Möhtərəm cənab Prezident, son vaxtlar hamımızı narahat edən koronavirus adlı pandemiya ölkəmizdən də yan keçməmişdir. Bu pandemiyanın ölkəmizə, millətimizə vurduğu ciddi zərərlər danılmazdır. Sizin tərəfinizdən ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün bir çox qərarlar verilmiş və əhalinin sağlamlığı, sosial rifahı üçün çoxlu addımlar atılmışdır. Təhsil müəssisələrində mart ayından etibarən tədris prosesi dayandırılsa da, virtual təhsil davam etdirilmiş, müəllim olaraq biz də öz məsuliyyətimizi və vəzifələrimizi bilərək, şagirdlərimizin tədrisdən geri qalmamaları üçün onlarla əlaqə yaradaraq daim distant biliklər aşılamışıq. Artıq biz böyük inam və sevinclə yeni tədris ilini gözləyirik, postpandemiya dövründə fəaliyyət istiqamətlərimizi indidən müəyyənləşdirməyə başlamışıq. İnanırıq ki, bundan sonra da Sizin müəllimlərə, təhsilə göstərdiyiniz qayğı nəticəsində təhsildə inkişaf qabarıq şəkildə özünü büruzə verəcəkdir”.

Bakının Nərimanov rayonundan Hacı Əliyev: “Möhtərəm cənab Prezident, bütün Azərbaycan vətəndaşları kimi biz də Sizin və hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyətinizi yüksək qiymətləndiririk. COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizəyə görə Sizinlə fəxr edirik. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün təşəkkürümü bildirirəm. Allah Sizi Azərbaycana və azərbaycanlılara çox görməsin! Biz birlikdə güclüyük!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO