Azərbaycan Dövlət İnformasiya Agentliyi

VƏTƏNDAŞ YANĞISI, MİLLİ ŞÜUR VƏ OBYEKTİVLİKDƏN DOĞULMUŞ KİTAB

“Məncə, Qarabağ geri qaytarılsa belə, qərinələr, əsrlər keçsə də əsir, girov, itkin dərdi xalqımın qan yaddaşından silinməyəcək, amansız düşmənin alçaqlıq və naqisliklərini gözləri ilə görmüş, əzab və işgəncələrini vücudlarında hiss etmiş bu ahılların, xanım analarımızın, igid oğullarımızın, qız-gəlinlərimizin, körpə balalarımızın dərdi ovunmayacaq heç vaxt...”

Bu sətirlər “Qismət” mətbəəsində yenicə çapdan çıxmış “Bizi əsirlikdən qurtarın” kitabına “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri, şərqşünas-türkoloq Esmira Orucovanın yazdığı “Tərtibçidən” qeydlərindən götürülmüşdür.

Esmira xanımın tərtib etdiyi, 700 səhifəlik bu sanballı kitabın buraxılışına məsul milli təhlükəsizlik naziri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudovdur.

Nəşrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və təcavüzkar dövlətin müxtəlif yaşayış məntəqələrində saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar öz əksini tapmışdır. Kitab şahid materiallarına əsaslanaraq milliyyətcə azərbaycanlı, mehseti türkü, ləzgi, talış, tat, tatar, rus və ukraynalı olan 753 nəfər Azərbaycan vətəndaşının erməni əsir və girovluğunda saxlanıldığını sübut edir. Burada haqqında bəhs edilən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarından 21 nəfəri 16 yaşınadək, 596 nəfəri 17 yaşından 35 yaşınadək, 103 nəfəri 36 yaşından 60 yaşınadək, 33 nəfəri 61 yaşından yuxarıdır. 575 nəfəri hərbçi, 178 nəfəri mülki şəxs olan əsir-girovların 18 nəfəri uşaq, 46 nəfəri isə qadınlardır. Kitabda bütün materiallar Azərbaycan və ingilis dillərində verilmişdir.

Filologiya elmləri doktoru Cəlal Qasımov kitaba onun mahiyyətini açan “Ön söz” yazmışdır. MTN Heydər Əliyev adına Akademiyasının müəllimi təəssüf hissi ilə qeyd edir: “Biz əsir, girov və itkin bioqrafiyalarını ilk dəfə 1905-ci ildə , ikinci dəfə 1918-ci, üçüncü dəfə 1920-ci, dördüncü dəfə 1947-1953-cü illərdə yazmalıydıq. Bəlkə də 1905-ci ildə biz bunu etmiş olsaydıq, həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdıra bilsəydik, onda ikinci, üçüncü, dördüncü... faciələrimiz də baş verməzdi... Tarixin dərslərindən ibrət götürmədiyimizdən növbəti dəfələrdə daha böyük fəsad və itkilərlə üzləşdik”. Müəllif tərtibçini alqışlayır, qeyd edir ki, işğal altında olan ərazilərdəki və Ermənistandakı həbs düşərgələrində fiziki işgəncələrə, mənəvi-psixoloji sarsıntılara məruz qalmış soydaşlarımızın ağrılı-acılı ömür yolunu araşdırmaq təkcə əsir və girovların tapdalanmış haqlarının müdafiəyə deyil, eyni zamanda erməni vəhşiliklərini, onların mənfur xislətini bəşəriyyətə çatdırmağa xidmət edir.

“Ön söz”ün müəllifi kitabın başlıca məziyyətini belə ifadə edir: “Bu kitabdan doğan təəssürat onu deməyə əsas verir ki, erməni vandalizmi Qafqazda qafqazlılar üçün daim böyüməkdə olan bir çiban kimi bu gün də fəsadlar törətməkdədir. Bu çiban deşilmədikcə, çirkabı axıb getməyincə Qafqaz xalqlarına (o cümlədən ermənilərə) dinclik olmayacaqdır”.

Kitabın forzasında əsir-girov götürülmüş Azərbaycan vətəndaşlarının Ermənistan və işğal olunmuş ərazilərdə saxlanıldığı məntəqələrin qeyd olunduğu xəritə verilmişdir. Həmin xəritədə təxminən 30 rayon və şəhər - Abovyan, Ağdam, Ağdərə, Qafan, Zəngilan, İcevan, Yerevan, Kirovakan, Kəlbəcər, Leninakan, Mehri, Noyemberyan, Oktemberyan, Razdan, Sisian, Spitak, Stepanavan, Füzuli, Xankəndi, Şuşa, Cermux və başqaları işarələnmişdir.

Əsir və girov götürülmüş vətəndaşlar haqqında məlumatlar əlifba sırası ilə göstərilmişdir. Bu isə doğmalara və dost-tanışa onlar haqqında məlumatı daha tez tapmaq imkanı verir. Yeri gəlmişkən, məlumatların alındığı mənbə yerli-yataqlı göstərildiyi üçün onların obyektivliyi şübhə doğurmur. Məsələn, girov Ələkbərov Ənvər Bəylər oğlunun həyat yoldaşı Quliyeva Ruzə Əli qızının izahatında Ağakişiyev Əhmədin onun əri ilə birlikdə Dağlıq Qarabağda saxlanıldığı qeyd edilib. Başqa bir misal. Tovuz rayonu Əsrik Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində milliyyətcə erməni Qagikdən (Yerevan nömrəsi: 63-60-70) aldığı azərbaycanlı hərbi əsir və girovların siyahısında Bağırov Ruslanın Xankəndi şəhərində saxlandığı göstərilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4561 nəfər Azərbaycan vətəndaşından Ermənistan tərəfindən əsir və girov götürüldüyü təsdiq olunmuş 753 nəfər haqqında məlumatları əks etdirən bu kitabın redaktoru Mahir Cavadovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir YENİLƏNƏCƏK

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb