VƏTƏNDAŞLARDAN NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Xırdalan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nəzir Mirzəyevdən satış məqsədi ilə saxladığı 203,96 qram marixuana aşkar edilərək götürülmüşdür.
Kürdəmir rayon polis şöbəsi əməkdaşları Dəyirmanlı kənd sakini Pənah Məmmədovdan 29,2 qram marixuana, Sumqayıt şəhər polis idarəsi əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Mayis Şabanovdan 0,237 qram, Tofiq Sahib oğlu Səfərovdan isə 0,241 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.