VƏTƏNPƏRVƏRLİK RUHUNDA “ŞEYTANIN TƏLƏSİ” FİLMİNİN ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR
Gənclərin narkotik vasitələrdən istifadəsinin qarşısının alınması, onların idmana cəlb olunaraq, sağlam böyüməsi və vətənpərvərlik ruhunda tərbiyə edilərək, onlara düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunması uğrunda mübarizədə yüksək əzmkarlıq hissinin aşılanması ilə bağlı bu maarifləndirici filmin quruluşçu rejissoru federasiyanın prezidenti Tanrıverdi Allahverdiyev, rejissoru Vüqar Əliyevdir.
Təxminən 2 saatlıq filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı igid oğullarımızın göstərdiyi şücaətdən, düşmənlərimiz tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən, eləcə də qocyu-ryuçuların döyüş üsullarından bəhs edilir.
Film mayın 12-18-də Kanadanın Niaqara şəhərində 50-yə yaxın ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək qocyu-ryu üzrə dünya çempionatında və beynəlxalq festivalda nümayiş etdiriləcəkdir. Azərbaycan həmin yarışda 7 nəfərdən ibarət milli yığma komanda ilə təmsil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]