VEYK-AN-ZEE ŞƏHƏRİNDƏ İLİN ƏN MÖTƏBƏR ŞAHMAT TURNİRİ KEÇİRİLİR
Bakı, 16 yanvar (AZƏRTAC). Şahmat federasiyasından bildirmişlər ki, yanvarın 16-da Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi şahmat festivalı açılmışdır.
İlin ən mötəbər turnirlərindən olan festivalda dünyanın ən yüksək reytinqli şahmatçıları “A”, “B” və “С” qruplarında mübarizə aparacaqlar.
“A” qrupunda iştirak edəcək şahmatçılar sırasında Teymur Rəcəbov, Aleksandr Morozeviç, Vasili İvançuk, Maqnus Karlsen, Vanq Yu, Maykl Adams, Sergey Karyagin, Qata Kamski, Lenyer Dominqes, Lyuk Van Veli, Daniyel Spilvaqen, Yan Smits, Levon Aronyan və Sergey Movsesyan yer almışlar.
“A” qrupu 17-ci kateqoriyaya aid olmaqla, orta reytinq əmsalı 2716-dır.
Ümumiyyətlə isə Veyk-an-Zee şəhərində təşkil olunacaq digər turnirlərdə 2000-dən çox şahmatçı iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]