Vəzifəli şəxslər üçün təlim: Liderlik və idarəetmənin əsasları
Bakı, 8 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən “Liderlik və idarəetmənin əsasları“ mövzusunda nəzəri və praktik hissələrdən ibarət təlim keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim zamanı Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara “Lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi” barədə ətraflı məlumat verilib.
Eyni zamanda liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi izah edilib və mövzu ilə əlaqədar yaranan suallara aydınlıq gətirilib.
Tədbir zamanı iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.