VİKTOR HÜQONUN MƏHƏBBƏT MACƏRASINDAN BƏHS EDƏN TAMAŞA RƏĞBƏTLƏ QARŞILANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 11-də Rəşid Behbudov adına Mahnı Teatrında Fransanın ölkəmizdəki səfirliyi və Fransız Mədəniyyət Mərkəzinin dəvəti ilə Bakıya gəlmiş “Lire Autrement” (Fərqli ifa) Assosiasiyasının təqdimatında “Viktor Hüqo və Jüliyet Drue - dahinin həyatı və məhəbbəti” adlı tamaşa göstərilmişdir.
Teatrın foyesində böyük yazıçı Viktor Hüqo və onun əsərləri haqqında müxtəlif çap məhsulları nümayiş olunurdu.
Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik dü Şafo bildirmişdir ki, böyük ədiblə bağlı onun ölkəsində və bir çox xarici ölkələrdə silsilə tədbirlər keçirilmişdir. Azərbaycanlı tamaşaçılara təqdim olunan səhnə əsəri haqqında məlumat verən səfir söyləmişdir ki, burada həyat yoldaşının xəyanəti ilə qarşılaşan V.Hüqonun aktrisa Jüliyet Drue ilə yaşadığı uzun və qəribə tarixi olan məhəbbət macərası öz əksini tapmışdır.
Musiqi rəhbəri Nadia Gene, bədii rəhbəri Jak Panyez olan tamaşada rolları Simon Ero, Amanda Lanqle, Violen Brebion və Aleksandr Laşo ifa etmişlər.
Əsər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]