Vinicius Lages: KOB-lara borclarının qaytarılmasında dəstək olmaq üçün yeni fondlar yaradırıq
Bakı, 29 sentyabr, AZƏRTAC
Biz çalışırıq ki, KOB-lara borclarının qaytarılmasında dəstək olaq. Bunun üçün yeni fondlar yaradırıq.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində "Yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi - KOB-lar diqqət mərkəzində" mövzusunda keçirilən sessiyada “NDC Partnership”in Braziliyanın SEBRAE qurumunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Vinicius Lages deyib.
"Biz 3 milyard dollar kredit vəsaiti olan Xüsusi Zəmanət Fondu yaratmışıq. Bu fond risk qavrayışını və borc yükünü azaldır. Bunun üçün müxtəlif təlimlər keçiririk ki, sahibkarlar maliyyəni səmərəli istifadə edə bilsinlər", - deyə o əlavə edib.
KOB-ların rəqəmsal keçid və süni zəkadan istifadəsinin vacibliyinə toxunan Vinicius Lages rəqəmsal və yaşıl keçid proseslərin paralel aparılmasının mühüm olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]