Vladanka Andreeva: Biz COP30-da yeni hədəflər müəyyən edə bilərik
Bakı, 29 sentyabr, AZƏRTAC
Biz COP30-da yeni hədəflər müəyyən edə bilərik. COP29-dan dərs almalı, onun nəticələrini tətbiq etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən “Azərbaycanın İqlim Liderliyi: COP29-dan Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-ə” mövzusunda sessiyada BMT-nin Azərbaycandakı rezident koordinatoru Vladanka Andreeva deyib.
Vladanka Andreeva qeyd edib ki, BMT-nin Baş katibi yeni beynəlxalq səviyyədə hədəflər ambisiyalar müəyyən edib. Onlardan biri temperaturun 1.5 dərəcədən yüksəlməsinin qarşısını almaqdır. “Biz alternativ enerjidən istifadə etməliyik. Meşələri qorumaq vacibdir. Çünki karbon emissiyalarının qarşısını alır. Ağır metallurgiya müəssisələrində qaz emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq etməlidirlər. Hər bir cəmiyyətin öz texnoloji strategiyaları olmalıdır.
Düşünürəm ki, növbəti ildə Azərbaycan öz yeni əməkdaşları ilə yeni hədəflər müəyyən edəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]