Vladimir Medinski: Rusiya danışıqların bərpasına və kompromislərin müzakirəsinə hazırdır
Moskva, 15 may, AZƏRTAC
Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına, habelə mümkün kompromislərin müzakirəsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.
“İstanbul danışıqlarının bərpasına, mümkün kompromislərə və onların müzakirəsinə hazırıq”, – deyə o bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, Rusiya nümayəndə heyəti İstanbula işgüzar əhval-ruhiyyə ilə gəlib. Heyətə bütün maraqlı qurumların rəhbər heyəti daxildir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]