Vladimir Zelenskinin rəhbərliyi ilə Ukraynada koronavirusa qarşı qərargah yaradılıb
Kiyev, 29 oktyabr, AZƏRTAC
Ukraynada Prezident Vladimir Zelenskinin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə məqsədilə qərargah yaradılıb. AZƏRTAC xəbər verir ki, qərargah artıq oktyabrın 29-dan rəsmi fəaliyyətə başlayıb.
Qərargah Ukraynada koronavirusla mübarizəni gücləndirmək məqsədilə xüsusi tədbirlər həyata keçirəcək, kütləvi test aparılacaq, xüsusi təyinatlı xəstəxanaların sayını artıracaq.
Qeyd edək ki, Ukraynada artıq gündəlik koronavirusa yoluxma sayı 6-8 min arası dəyişir, ölüm faktı isə 100-200 arasındadır. Hazırda ölkədə 371 minə yaxın insan koronavirusa yoluxub, 7 minə yaxın insan bu virusdan dünyasını dəyişib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]