Vüqar Kərimov: Azad edilmiş ərazilərdə yaradılacaq yeni milli parkın ilkin xəritəsi hazırlanıb
Zəngilan, 27 fevral, G.Mahmudlu, AZƏRTAC
Azad edilmiş ərazilərdə yaradılacaq yeni milli parkın ilkin xəritəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini, Ekoloji məsələlər üzrə İşçi qrupun rəhbəri Vüqar Kərimov bildirib.
İşçi qrupun Zəngilanda keçirilən iclasında çıxış edən V.Kərimov deyib: “Qarabağ və Şərqi Zəngəzur həm biomüxtəliflik, həm də təbii landşaftın zənginliyi baxımından çox əhəmiyyətli bölgədir. Burada 6 xüsusi mühafizə olunan təbiət ərazisi var. Bir yeni milli parkın yaradılması ilə bağlı təşəbbüs irəli sürmüşük. Həmin milli park Şuşa, Kəlbəcər, Xocalı və Laçının bir hissəsini əhatə edəcək. Aidiyyəti nümayəndəliklər və yerli qurumlarla müzakirə aparmaq üçün ilkin xəritə də hazırlanıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]