Vüqar Qurbanov: Modul tipli xəstəxanaların təyinatı ilə bağlı layihələr hazırlanır
Bakı, 17 iyun, AZƏRTAC
COVID-19 xəstəliyinə yoluxan xəstələrin sayı azaldığı üçün Məhəmmədi qəsəbəsində yerləşən modul tipli COVID xəstəxanası saxlanılmaqla digərlərinin fəaliyyəti tam dayandırılıb. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində daha çox hansı sahələrə bina ehtiyacı və yaxud tibbi xidmətin keyfiyyətinin artırılması ilə bağlı hər hansı bir ehtiyac olduğu halda modul tipli xəstəxanalardan istifadə edirik. Saray qəsəbəsindəki modul xəstəxana vərəm əleyhinə xəstəxana olaraq fəaliyyətə başladı. Digər müəssisələr üzrə də layihələr hazırlanır. Razılaşdırmadan sonra digər modul tipli xəstəxanaların təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə yönləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]