Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir

Vüqar Rəhimzadə: Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir

Bakı, 21 aprel, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətçiliyimizin qorunmasına və möhkəmləndirilməsinə, milli kimliyimizin, varlığımızın təqdimatına xidmət edən addımlarla zəngindir. İllər keçdikcə hər bir hadisənin önəmi, Azərbaycanın bu günü və gələcəyi üçün əhəmiyyəti özünü daha aydın şəkildə büruzə verir. Bu məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövründə gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin nəticəsidir ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Həmin dövrün reallıqları baxımından sözün əsl mənasında böyük cəsarət tələb edən bu addım məhz gələcəyin yeni, müstəqil Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərimizin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri- bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən ulu öndər Heydər Əliyev dilimizin xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan vasitə olduğunu bildirmişdir. Azərbaycan dilinin dövlət dili statusu daşıması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider xalqı, onun aparıcı zümrəsi olan ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir. Ulu öndər Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən bildirmişdir ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi vurğulayıb ki, 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri ilə torpaq, Vətən sevgisini, Azərbaycan dilinə məhəbbətini ifadə edən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ana dilimizə qayğını dövlətimizin əsas siyasi-ideoloji vəzifəsi hesab etmişdir. Ümummilli Liderimiz “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmişdir. Bu sənədə əsasən ölkəmiz Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Ulu Öndərin “Azərbaycan dilinin təkmilləşdirilməsi haqqında” Fərmanı da dahi rəhbərin dilimizə olan bağlılığından, onu yad təsirlərdən qorumaq istəyindən irəli gəlmişdi.

“Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qorunması istiqamətində atdığı addımlar göz önündədir”, - deyən Vüqar Rəhimzadə xatırladıb ki, dövlətimizin başçısı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamaqla bu istiqamətdə nəzərdə tutulan həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Dövlətimizin başçısının 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapmışdır.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı daim milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirmiş, bu amillərin təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir. Dövlətimizin başçısı İlham Əliyevin gənclərlə bütün görüşlərində, həmçinin yeni vəzifələrə təyin olunan gənc kadrları qəbul edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, dövlətçiliyin qorunması prioritetdir. Gənclərimiz hər zaman milli ruhda tərbiyə olunmalı, öz milli-mənəvi dəyərlərini, tarixini öyrənməli, qorumalı və gələcək nəsillərə çatdırmalıdırlar. Bu məqam da önə çəkilir ki, Azərbaycan uzun illər keçmiş İttifaqın tərkibində olsa da hər zaman milli xüsusiyyətlərini, milli kimliyini qoruyub. Milli dəyərlərimiz ümumbəşəri dəyərlər əsasında qurulub. Başqa dilə, mədəniyyətə, dinə, tarixə hörmət öz mədəniyyətinə, tarixinə, dilinə, dininə olan hörmətdən başlamalıdır. Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi bir daha xalqımızın tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə bağlılığına işıq saldı. Bu fikri böyük inamla qeyd edirik ki, Azərbaycan ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrini genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfəri ilə tarixinə sahib çıxan xalq kimi özünü bir daha təsdiqlədi. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri çərçivəsində tarixi və dini abidələrimizin bərpasına xüsusi önəm verilməsi də dəyərlərimizə bağlılığımızın təqdimatıdır.

Vüqar Rəhimzadə bu məqamı da vurğulayıb ki, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycanda yaşayan xalqların, millətlərin nümayəndələri də dilimizə daim böyük hörmətlə yanaşır, öyrənilməsinə maraq göstərirlər. “Dilimizi sevək ki, kimliyimizi, varlığımızı qoruyaq. 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız əyilmədi, kimliyimizi, qürurumuzu qorudu. Bütün bu uğurlarımızın fonunda bir daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz Azərbaycanı qalib ölkə, xalqımızı məğrur, yenilməz xalq kimi tarixə yazdı. Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir”, - deyə V.Rəhimzadə bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

Bu gündən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəklər

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib

Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi yaddaşın, həm də müasir siyasi kursun bir manifestidir- ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır

Anar Eminov: Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır

Premyer Liqa: "Arsenal"dan vacib qələbə

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qalib gələrək çempion olub

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəyini göstərir - ŞƏRH

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Tramp İranın sülh sazişi layihəsinə cavabını bəyənmədiyini açıqlayıb

Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı

Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub

Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər

Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub

Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət

Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir

Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub

Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Avropa Həftəsində təmsil olunub

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq

Premyer Liqa: "Neftçi"dən asan qələbə

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Nikol Paşinyan: Qarabağ bizim deyildi

Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Deputat: Azərbaycan xalqının taleyində həlledici dönüş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

WUF13 Festivalı - Xankəndidə inklüziv şəhərlər və dayanıqlı gələcək mövzusunda panel

Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər VİDEO

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləş-mob təşkil ediblər

WUF13 könüllüləri Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləş-mob təşkil ediblər

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ VİDEO

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək

Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib

Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır

Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır

Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

Prezidentin Zəngilandakı çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən dövlət olduğunu sübut edir – ŞƏRH

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Şahin Bayramov: Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

Səfir: Heydər Əliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının banisidir

Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Şamil Əliyev: Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır

Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edir

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub

Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO