Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Anım Günü münasibətilə Vətən müharibəsindən bəhs edən “Biz” filmi nümayiş olunub

Vyana, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş anım tədbirləri ölkə hüdudlarından kənarda da geniş qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə Vyana şəhərinin mərkəzində yerləşən “Urania“ kinoteatrında Vətən müharibəsinə həsr olunmuş tarixi-sənədli filmi təqdim olunub. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Avstriya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimatdan əvvəl Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxış edərək, tədbirin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası və qorunması uğrunda canından keçən həmvətənlərimizə həsr olunduğunu bildirib. Qeyd edilib ki, 30 illik işğal dövrü Azərbaycanda on minlərlə insanın həyatına son qoyub, yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamalı olub, ölkə ərazisinin bir hissəsi işğal edilib. Ermənistanın davamlı təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. Həmin gün müasir Azərbaycan tarixində yeni və şərəfli səhifə açılıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan düşməni tam məğlubiyyətə uğradaraq ərazi bütövlüyünü təmin edib.

Səfir qeyd edib ki, 30 il davam edən münaqişənin başa çatması ilə regionda davamlı sülh və əmin-amanlıq üçün geniş imkanlar yaranıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatları regionda sülhün bərqərar olması, iqtisadi inkişaf, tərəqqi və əməkdaşlıq üçün perspektivlər açıb. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan sülh quruculuğu, barışıq, dinc birgəyaşayış və inkişaf planlarını həyata keçirmək əzmindədir.

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsinin yekununda beynəlxalq hüquq və ədaləti bərqərar etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan BMT qətnamələrini təkbaşına icra edərək işğala son qoyub, ulu öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs nəticəsində Azərbaycan öz ərazilərini heç kimə güzəştə getməyib, ərazi bütövlüyünü tam bərpa edib.

Milli Məclisin üzvü, Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun sədri Tahir Mirkişili çıxışında bildirib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra Azərbaycan ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi vahidi daha mövcud deyil və yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları böyük iqtisadi potensial vəd edirlər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə start verdiyini diqqətə çatdıran deputat kommunikasiyaların bərpası ilə regionda əməkdaşlıq, ticarət və nəqliyyat imkanlarının artacağını, regiondakı bütün ölkələrin sülh, sabitlik və təhlükəsizlikdən mənfəət əldə edəcəyini bildirib.

Çıxışlardan sonra iştirakçılara "Biz" tarixi-sənədli filmi təqdim olunub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan, rejissor Orman Əliyevin quruluş verdiyi filmdə Vətən müharibəsi günlərində baş verən insan faciəsi, dinc əhalinin hədəfə alınması və yaşayış məntəqələrinin atəşə tutulması və hadisələrin şahidlərinin xatirələri, Azərbaycan torpaqlarının azad olunması uğrunda böyük fədakarlıqlar göstərən əsgər və zabitlərin, arxa cəbhədəki insanların keçirdiyi hisslərə yer verilib. Cəmiyyətin bütün təbəqələrini əhatə edən insanların yer aldığı filmdə Azərbaycan xalqını bir vəhdət halına gətirən savaş günlərində insanların keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, insanların qələbəyə olan sonsuz inamı əks olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir VİDEO

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir VİDEO

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir VİDEO

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər VİDEO

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər VİDEO

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir VİDEO

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir VİDEO

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb