Vyanada baş verən atışma nəticəsində 2 nəfər ölüb, 15-i yaralanıb
Vyana, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş vermiş terror aktı nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə xəbəri Daxili İşlər Nazirliyinin sözçüsü Harald Sörüş Avstriya Mətbuat Agentliyinə (APA) təsdiqləyib. Qeyd edilib ki, öldürülən şəxslərdən biri cinayətkar dəstənin üzvü olub və həmin şəxs daha öncə yoldan keçən şəhər sakinlərindən birini qətlə yetirib.
Vyana Şəhər Xəstəxanaları axşam saatlarında müxtəlif dərəcəli bədən xəsarəti ilə 15 nəfərin təcili yardım şöbələrinə qəbul edildiyini təsdiqləyib.
Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer ORF-ə müsahibəsində baş vermiş hadisəni terror aktı kimi dəyərləndirsə də, terror aktının hansı motivlərlə baş verməsi hələlik məlum deyil.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]