VYANADA MEHDİ HÜSEYNZADƏYƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Vyanada Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi və Azərbaycan-Avstriya Mədəniyyət və Yardımlaşma Cəmiyyətinin təşkilatçılığı ilə Avstriya Atatürkçü Düşüncə Dərnəyinin binasında Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş gecə keçirilmişdir.
Azərbaycan-Avstriya Mədəniyyət və Yardımlaşma Cəmiyyətinin sədri Orxan Ciftçi tədbir iştirakçılarını salamlayaraq, Mehdi Hüseynzadənin həyatı haqqında məlumat vermiş və onun İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışmışdır.
Tədbir görkəmli rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı və M.Hüseynzadənin qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” bədii filminin nümayişi ilə davam etdirilmişdir.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov tədbirdə çıxış edərək, bir müddət əvvəl Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin açıldığını qeyd etmişdir. Səfir eyni zamanda, tədbirə toplaşanları qarşıdan gələn müqəddəs Qurban bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmişdir.
Sonda mərasim iştirakçıları Azərbaycan mətbəxinin ləziz xörəkləri ilə bəzədilmiş süfrəyə dəvət edilmişlər.
Mərasimdə Avstriyadakı Azərbaycan və Türkiyə səfirliklərinin, hər iki ölkə icmasının nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]