Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşri təqdim olunub VİDEO

Vyana, 14 noyabr, AZƏRTAC

Noyabrın13-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimatı keçirilib.

Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının “Bibliotheca Academica” - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilən kitabı alman dilinə Qiesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərcümə edib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Mir Cəlal Paşayevin Azərbaycanda və ölkə hüdudlarından kənarda oxucular tərəfindən yazıçı və hekayə ustadı kimi tanındığını, lakin bununla yanaşı, ədəbiyyatşünaslıqda dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının əsas tədqiqatçılarından biri sayıldığını bildirib.

Füzulişünaslığın əsasını qoyan “Füzuli sənətkarlığı” əsərinin qələmə alınmasından 80 ildən çox vaxt keçməsinə baxmayaraq, o, əhəmiyyətini bu gün də qoruyub saxlayıb və şərqşünas-alim Mixael Raynhard Hessin tərcüməsində almandilli oxucular, elmi dairələr bu əsərlə tanış olmaq imkanı əldə ediblər.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli XX əsr Azərbaycan bədii nəsrinin inkişafında, elmi ədəbiyyatşünaslığın çağdaş səviyyədə formalaşmasında Mir Cəlal Paşayevin müstəsna xidmətlərindən danışıb, “Füzuli sənətkarlığı” monoqrafiyasının dünya füzulişünaslığında tutduğu yerdən bəhs edib. Qeyd edilib ki, Füzuli poetikasının ən müxtəlif problemlərini tədqiqat obyektinə çevirən alim öz elmi əsərində hər problem barədə yığcam, ancaq dərin məzmunlu və sonrakı tədqiqatlar üçün möhkəm elmi zəmin rolu oynayacaq fikirlərini izhar edib. Bununla da Mir Cəlal heç kəsə bənzəməyən araşdırıcılıq üsulu və orijinal mənbələrlə birbaşa işləməsi sayəsində Füzuli irsinin populyarlaşmasında əvəzedilməz xidmətlər göstərib, Azərbaycan füzulişünaslığının inkişafına böyük təkan verib.

Filologiya üzrə elmlər doktoru professor Tərlan Quliyev çıxışında XVI əsrdə yaşayıb-yaratmış və Şərqin, xüsusilə də türkdilli xalqların ən böyük şairlərindən biri olan Məhəmməd Füzulinin yaradıcılığının tədqiqi tarixinə nəzər salıb. Diqqətə çatdırılıb ki, bu əsərlərdə verilən məlumatlar olduqca qısa olmaqla bərabər, təzkirə xarakteri daşıyıb. Füzuli əsərlərinin müasir dünya şərqşünaslığı, Avropa standartları baxımından elmi-metodoloji əsaslarla təhlili tarixi isə təqribən 70-80 il bundan əvvəl başlayır və bu tarixin ən ön cərgəsində Mir Cəlal və onun “Füzuli sənətkarlığı” əsəri durur. Füzuli yaradıcılığının poetik xüsusiyyətlərinə toxunan T.Quliyev deyib ki, Mir Cəlal öz tədqiqatlarında Füzulinin həm poetik xüsusiyyətlərini açıb, həm də əsərlərinin məzmununun şərhini ustalıqla verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev ölkəmizin zəngin tarixinin, mədəniyyətinin və ədəbiyyatının Avropada, ümumiyyətlə, dünyada tanıdılmasında ictimai diplomatiyanın əhəmiyyətini vurğulayıb, “Füzuli sənətkarlığı” əsərinin alman dilinə tərcüməsinin Ümummilli Lider Heydər Əliyevin 100 illik və görkəmli alim Mir Cəlalın 115 illik yubileylərinə töhfə olduğunu bildirib. M.R.Hesslə uzun illərdən bəri elmi əməkdaşlıq edən və birgə kitab layihələri hazırlayan R.Nəbiyev diqqətə çatdırıb ki, Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır. Otuz ildən bəri türkdilli xalqların dil və ədəbiyyatını tədqiq edən alim türk, Azərbaycan, fars və ərəb dillərinə dərindən bələd olması sayəsində Mir Cəlalın Füzuli yaradıcılığına dair əsərini tərcümə edərkən bütün dil xüsusiyyətlərini və incəliklərini alman dilinə məharətlə çevirə bilib.

Şərqşünas-alim Mixael Raynhard Hess çıxışında Mir Cəlalın “Füzuli sənətkarlığı” əsərinin alman dilinə ilk tərcüməsinin oxucular üçün əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Mir Cəlal bu əsəri yazmaqla Füzuli irsinin araşdırılmasında fundamental tədqiqat işi ortaya qoyub, eyni zamanda, ötən əsrin 30-40-cı illərində Azərbaycan mədəni irsinin qorunmasına böyük töhfə verib. Özündən əvvəlki bütün ədəbi-mədəni nailiyyətləri inkar edən sovet ideologiyasının hökm sürdüyü həmin dövrdə məhz Mir Cəlal sayəsində elmi-ictimai düşüncədə Füzuli və onun dövrü dərin kök salıb, unudulmaqdan və senzura tərəfindən qadağan edilməkdən xilas olub.

Bildirilib ki, alman dilinə tərcümə sayəsində füzulişünaslığa maraq göstərənlər Füzuli irsi ilə elmi əsaslarla və geniş spektrdə tanış olmaqla yanaşı, onun qəzəl, qəsidə və digər əsərlərinin alman dilinə bədii tərcüməsini oxumaq imkanı əldə edəcəklər. Bununla yanaşı, oxucular Mir Cəlalı yazıçılıqla bərabər, bir alim kimi də kəşf edəcək, həmçinin ötən əsrdə sovet ideologiyasının hökm sürdüyü bir mühitdə elmi-ədəbi yaradıcılıq fəaliyyətinin ən sanballı əsərinin təşəkkülü tarixi ilə tanış ola biləcəklər.

M.R.Hess Füzuli yaradıcılığının tərcümə xüsusiyyətlərindən bəhs edib, onun məşhur qəzəllərindən birini nümunə olaraq Azərbaycan və alman dillərində səsləndirib.

Görkəmli ədibin qızı, Bakı Dövlət Universitetinin ədəbiyyatşünaslıq tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva çıxışında “Füzuli sənətkarlığı” əsərinin alman dilinə tərcüməsinə və təqdimat mərasiminin təşkilinə görə Mir Cəlalın ailəsi adından minnətdarlıq edib. Hər bir yaradıcı insanın ömrünün onun bizə miras qoyub getdiyi əsərlərdə yaşamaqda olduğunu qeyd edən Ə.Paşayeva bu gün də Mir Cəlal dühasının onun bədii və elmi əsərləri sayəsində bizlərlə olduğunu vurğulayıb. “Mir Cəlalın elmi irsinin əhəmiyyəti, dəyəri artıq bir əsr keçəndən sonra da öz gücünü, təsirini, qiymətini itirməyibsə, bu, alimin çox böyük uğurudur. Ümidvaram ki, bu elmi əsər Şərq ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan elm adamları üçün dəyərli və cəlbedici bir mənbə olacaq”, - deyə o vurğulayıb.

Ə.Paşayeva, həmçinin deyib ki, bir vaxtlar görkəmli ədibin Bakıda, İçərişəhərdə yaşadığı və Hüseyn Cavid, Abdulla Şaiq, Mikayıl Müşfiq, Səməd Vurğun kimi dövrünün görkəmli şair və yazıçılarının qonaq gəldiyi mənzil bu gün ədibin evi kimi fəaliyyət göstərir, onun sağlığındakı həmin ruha sadiq qalaraq, şair və yazıçıların, eləcə də oxucuların mütəmadi şəkildə bir araya gəldikləri ədəbiyyat ocağına çevrilib. Burada fəaliyyət göstərən Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər həyata keçirir.

Qeyd edək ki, Azərbaycan füzulişünaslığının banisi Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib. Monoqrafiya XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal kitabında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən verməyə nail olub.

Çıxışlardan sonra Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Xanəndələr Rəvanə Qurbanova və Səbuhi İbayev “Leyli və Məcnun” operasından Leyli və Məcnunun qarşılaşması səhnəsini, eləcə də Məhəmməd Füzulinin qəzəlləri də yer alan muğamlar ifa ediblər. Onları tarda Kamal Nuriyev və kamançada Xəyyam Məmmədov müşayiət ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Vyanada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşri təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Dünya çempionatı: Kolumbiya millisi qələbə qazanıb

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib

İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub

İlon Mask trilyonçu statusunu itirib

Dünya çempionatı: Xorvatiya millisi minimal hesabla qalib gəlib

Yer kürəsində ən qədim kraterin yaşı müəyyən edilib

Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

Naxçıvanda avtomobil mikroavtobusla toqquşub, 3 nəfər xəsarət alıb

Almaniya Müdafiə Nazirliyi F126 freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır

ABŞ Senatı İranla müharibə ilə bağlı Müharibə Səlahiyyətləri Qanununu dair qətnamə qəbul edib

Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

MDU-da elmi nəşr fəaliyyətində yeni mərhələ – beynəlxalq jurnalın rəsmi saytı təqdim edilib

BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır

Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

Emin Məmmədov: Faiq Əhməd Azərbaycan xalça sənətini müasir incəsənətin dili ilə dünyaya tanıdır

Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Bundestaqın deputatları Almaniyada hərbi sifarişlərin bahalaşmasından narahatdırlar

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi olub

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Tramp: İranla bağlı işlər çox yaxşı gedir

ABŞ Dövlət katibi: Livanda baş verənlərlə bağlı birbaşa hökumət ilə danışıqlar aparacağıq

İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir

Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz

“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin yubiley gecəsi Xurşidbanu Natəvana həsr olunub

“Eskizdən xalçaya”: Azərbaycan xalça sənətinə müasir baxış

Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik

Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Əqrəblərin, ilanların və digər zəhərli sürünənlərin aktivliyi yayın əvvəlinə təsadüf edir - mütəxəssislərin rəyləri

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

İsmayıllıda kişi traktorun altında qalaraq ölüb

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Çexiyada hakimiyyət qolları arasında mübahisə: Prezident Petr Pavel məhkəməyə müraciət edib

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Ekspert: Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regionun strateji əməkdaşlıq imkanlarını genişləndirir

Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Laçında keçirilən əmək yarmarkasında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib

SOCAR “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsi elan edir

Anar Eminov: Universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür

“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb

“Bitcoin”in qiyməti son 2 həftənin minimumuna enib

® “Azercell” və "Samsung”dan yeni kampaniya!

AzTU-nun 4000 məzunu "Baku Crystal Hall"da bir araya gəldi

Azərbaycan Çindən 4 ədəd sərnişin lokomotivi alır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır

® “Evrika” liseyinin şagirdləri respublikada və beynəlxalq arenada böyük uğurlara imza atıblar

® “Bakcell” UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Beynəlxalq Enerji Agentliyi: Yaxın Şərq münaqişəsi qlobal enerji sektorunda uzunmüddətli izlər buraxacaq

Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib

Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında insan hüquqları üzrə müvəkkilin sorğusuna baxılıb

® “PAŞA Bank” “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq müddətini uzadıb

Azərbaycan regional logistika mərkəzinə çevriləcək ŞƏRH

Azərbaycan-Türkmənistan əlaqələrində iqtisadi və strateji tərəfdaşlıq güclənir – ŞƏRH

Azərbaycan nümayəndə heyəti Özbəkistanda beynəlxalq mədəniyyət tədbirlərində iştirak edəcək

“Aqroservis” ASC-nin rəhbəri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

AMEA ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Rafael Hüseynov: Azərbaycana tam dəstək verən ilk ümumdünya qurumu İslam Əməkdaşlıq Təşkilatıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

"Karvan-Yevlax" köhnə meydançanın bərpasını ilin sonunadək başa çatdırmağı planlaşdırır

Türkmənistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyir RƏY

Azərbaycan elminə töhfə: Atropatan florasının 2595 növdən ibarət konspekti tərtib edilib

Türkiyənin Kırıkkale vilayətində sursat anbarında partlayış baş verib, ölənlər var

Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan-Türkmənistan münasibətləri Türk dünyasının birliyinin mühüm dayaqlarından biridir ŞƏRH

“Wood Mackenzie”: “Brent” nefti gələn il 78 dollara ticarət olunacaq

Dənizdə əmək standartlarının tətbiqi ilə bağlı BƏT ilə əməkdaşlıq genişləndirilir

Portuqaliyalı futbolçu “Zirə”də

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

Şəxsi inkişaf, insan potensialı və kouçluq: Mahiyyəti, peşə sərhədləri və cəmiyyətdə rolu - Müsahibə

Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri – elmi seminar

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Metrologiya İnstitutu EURAMET-ə assosiativ üzv qəbul olunub