Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq məlumatı bilmək deyil, onu düzgün dəyərləndirmək bacarığıdır

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq məlumatı bilmək deyil, onu düzgün dəyərləndirmək bacarığıdır

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. Süni intellektin həyatın müxtəlif sahələrinə sürətlə daxil olduğu müasir dövrdə savadlılıq anlayışının məzmunu da dəyişir. Artıq savadlılıq yalnız oxumaq, yazmaq və müəyyən həcmdə məlumatı mənimsəməklə məhdudlaşmır. İnformasiyanı düzgün seçmək, onun etibarlılığını yoxlamaq, tənqidi təhlil etmək və əldə olunan bilikləri tətbiq etmək bacarığı da müasir savadlılığın mühüm tərkib hissəsinə çevrilir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli deyib ki, süni intellekt istənilən fakt və məlumatı saniyələr ərzində təqdim edə bildiyi üçün müasir dövrdə savadlılığın əsas göstəricisi böyük həcmdə informasiyaya sahib olmaq deyil.

Onun sözlərinə görə, bu gün savadlı insan doğru informasiyanı seçməyi, süni intellektə dəqiq suallar verməyi, əldə etdiyi cavabları tənqidi süzgəcdən keçirməyi və onları real problemlərin həllinə tətbiq etməyi bacarmalıdır.

“Bugünün savadlı insanı sadəcə bilən yox, öyrənməyi öyrənən, texnologiya ilə tərəfdaşlıq etməyi bacaran və ən əsası alqoritmlərin verə bilmədiyi insani dəyərləri, yaradıcılığı və emosional intellekti prosesə qata bilən şəxsdir”, - deyə ekspert vurğulayıb.

Ə.Həsənli qeyd edib ki, süni intellektin təhsildə geniş istifadəsi şagird və tələbələrin müstəqil düşünmə qabiliyyətinin qorunmasını da aktual məsələyə çevirir. Əsas risk gənclərin hazır cavablara arxalanaraq düşünmə və təhlil prosesindən uzaqlaşmasıdır. Bu baxımdan tədris və qiymətləndirmə yanaşmaları dəyişməlidir. Hazır mətnlərə, mexaniki tapşırıqlara və əzbərə əsaslanan işlər əvəzinə probleməsaslı öyrənmə, debat, analitik təhlil və layihə işlərinə daha çox yer verilməlidir.

“Şagirdə süni intellektin verdiyi cavabı birbaşa qəbul etmək deyil, həmin cavabdakı səhvləri və qərəzləri müəyyənləşdirmək, daha sonra isə onu inkişaf etdirmək tapşırılmalıdır. Təhsil sistemi gənclərdə tənqidi təfəkkür, məntiqi təhlil, etik mühakimə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməlidir. Texnologiya onların yerinə düşünən vasitə deyil, zəkalarını daha da itiləyən güclü alətə çevrilməlidir”, - deyə Ə.Həsənli bildirib.

Təhsil eksperti süni intellekt dövründə rəqəmsal və etik savadlılığın formalaşdırılmasının da vacib olduğunu söyləyib. Onun sözlərinə görə, bu istiqamətdə əsas yanaşma texnologiyanı qadağan etmək deyil, ondan düzgün və məsuliyyətli istifadə qaydalarını öyrətmək olmalıdır.

“Texnologiyanı qadağan etmək gəncləri ondan uzaqlaşdırmır, əksinə, onu gizli və məsuliyyətsiz şəkildə istifadə etməyə sövq edir. Təhsil müəssisələri süni intellekti təhlükə kimi deyil, tədris prosesinin ayrılmaz aləti kimi qəbul etməli və ilk gündən onu akademik dürüstlük çərçivəsinə salmalıdır”, - deyə ekspert diqqətə çatdırıb.

Ə.Həsənlinin fikrincə, şagird və tələbələrə süni intellektin təqdim etdiyi məlumatları yoxlamaq vərdişinin aşılanmasının effektiv yollarından biri tapşırıqların formatını dəyişdirməkdir. Məsələn, onlardan müəyyən mövzuda süni intellekt vasitəsilə mətn hazırlamaq, həmin mətndəki faktları ilkin mənbələrlə müqayisə etmək, səhvləri müəyyənləşdirmək və öz analitik yanaşmalarını təqdim etmək tələb oluna bilər. Belə yanaşma gənclərə süni intellektin yanılmaz mənbə olmadığını praktik şəkildə göstərir. Ə.Həsənli vurğulayıb ki, texnologiya yalnız bir vasitədir və son qərarın verilməsi, əldə olunan məlumatın məntiqi süzgəcdən keçirilməsi insanın üzərinə düşür.

Müsahibimiz qeyd edib ki, süni intellektdən istifadə etmək qəbahət deyil, lakin onun verdiyi səhv nəticəni yoxlamadan öz işi kimi təqdim etmək peşəkar yanaşmaya ziddir və etik məsuliyyətsizlikdir. Bu baxımdan müəlliflik və nəticəyə görə məsuliyyət prinsipi təhsilin əsas qaydalarından birinə çevrilməlidir.

“Şagirdlərə kiçik yaşlardan rəqəmsal iz, plagiatın mahiyyəti və alqoritmik qərəzlilik haqqında xüsusi biliklər verilməlidir. Onlar dərk etməlidirlər ki, süni intellektin yazdığı mətnin altına öz imzalarını atsalar da, həmin mətndəki səhvlərə və təhriflərə görə məsuliyyət daşıyan özləridir”, - deyə Ə.Həsənli bildirib. Ekspert əlavə edib ki, bu yanaşmanın formalaşması üçün ilk növbədə müəllimlərin özlərinin rəqəmsal və etik savadlılığı artırılmalıdır. Müasir müəllim süni intellektlə işləməyi, onun imkan və məhdudiyyətlərini düzgün qiymətləndirməyi bacarmalı və bu bacarıqları şagirdlərə də aşılamalıdır.

Müəllif - Lalə Minasazova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloqer Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloqer Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək