AFFA gənclər liqalarında oyun formatları müzakirə olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
AFFA gənclər futbolunda oyun formatları ilə bağlı klublarla məsləhətləşmələrini davam etdirir.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, klub rəhbərliklərinin təşəbbüsü ilə keçirilən videogörüşdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə tərəflər yaş qruplarının inkişaf mərhələlərinə uyğun, tədricən böyüyən format keçidinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, klubların bu istiqamətdə təklif və mülahizələri dinlənilib.
Format dəyişikliyi üzrə yekun qərar akademiyalarla birgə, onların rəyi nəzərə alınmaqla veriləcək. Bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək və yekun qərar yeni mövsüm başlamazdan əvvəl akademiyalara elan olunacaq.
AFFA gənclərin inkişaf yolunda ən optimal həllərin tapılması üçün akademiyalarla sıx əməkdaşlığını davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [17:06]
"Neftçi" heyətini kanadalı basketbolçu ilə gücləndirib
- 08.09.2026 [16:20]
Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb
- 08.09.2026 [16:09]
“Mançester Yunayted” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
- 08.09.2026 [15:43]
“Kəpəz” - “Qəbələ” oyunundan əvvəl Mehman Hacıyevin xatirəsi yad ediləcək
- 08.09.2026 [14:31]
Türkiyədə inşaat işçisi oğluna Ronaldunun adını verib
- 08.09.2026 [14:09]
“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb - RƏSMİ
- 08.09.2026 [14:04]