Qazaxıstanda latın qrafikasına keçidin müddəti hələ müəyyən edilməyib
Astana, 8 sentyabr, AZƏRTAC
Qazaxıstanda qazax əlifbasının latın qrafikasına keçirilməsi üzərində iş davam edir, lakin hələlik keçidin konkret müddəti müəyyənləşdirilməyib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu Elm və Ali Təhsil Nazirliyinin Dil Siyasəti Komitəsi sədrinin müavini Elmira Asan deyib.
Onun sözlərinə görə, hazırda latın qrafikası əsasında qazax əlifbasının layihəsi və orfoqrafiya qaydaları təkmilləşdirilir. Keçidin yekun müddəti yalnız hökumətin müvafiq tapşırığından sonra müəyyən edilə bilər.
Əvvəlcə latın qrafikasına keçidin 2025-ci ilədək həyata keçirilməsi planlaşdırılırdı, sonradan isə bu müddət təxirə salındı.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]