Vyetnam və Azərbaycan şirkətləri arasında potensial layihələrin stimullaşdırılması müzakirə olunub
Bakı, 16 may, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının prezidenti Dinh Viet Hoa ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib.
İki ölkə arasında son illər inkişaf edən iqtisadi münasibətlərin vacibliyi, Azərbaycan və Vyetnam şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğunu qeyd edib və bu sahədə konkret addımların atılması istiqamətində praktiki həllərin vacibliyini vurğulayıb.
Öz növbəsində Dinh Viet Hoa Vyetnam və Azərbaycan şirkətləri arasında potensial layihələrin stimullaşdırılmasının vacib olduğunu və bu sahədə assosiasiyanın dəstək göstərəcəyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]