Vyetnamın paytaxtında qatı toz dumanı səbəbindən uçuşlara fasilə verilib
Pekin, 3 fevral, AZƏRTAC
Vyetnamın paytaxtı Hanoyun səmasını fevralın 2-də qatı toz dumanı bürüyüb.
AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, havada olan zərərli hissəciklərin miqdarı xeyli yüksək həddə çatıb. Bundan başqa, olduqca yüksək rütubət səbəbindən Hanoyda havanın çirklənmə göstəricisi “Sağlamlıq üçün çox zərərli” səviyyəsinə çatıb. Şəhərdəki bir neçə monitorinq stansiyasında hava keyfiyyəti indeksi 265-ə çatıb ki, bu da insan sağlamlığı üçün təhlükəli vəziyyətdir. Səhiyyə Nazirliyi insanlara, xüsusən də respirator və ürək xəstəliklərindən əziyyət çəkənlərə bu cür hava şəraitində açıq havaya çıxmamağı tövsiyə edib.
Hanoyda gün ərzində hökm sürən qatı toz dumanı səbəbindən “Noybay” beynəlxalq hava limanına enməli və oradan uçmalı olan bir neçə reys təxirə salınıb və ya yaxınlıqdakı başqa hava limanlarına yönləndirilib.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]