WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir
Bakı, 10 mart, AZƏRTAC
Donald Tramp 2028-ci il prezident seçkiləri kontekstində Vitse-prezident Cey. Di. Vens və dövlət katibi Marko Rubionun şanslarını məsləhətçiləri ilə müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika liderinə yaxın mənbələrə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp bir neçə aydır ki, Vensin və Rubionun güclü və zəif siyasi cəhətləri barədə yaxın ətrafını sorğu-sual edir. Prezident bunu “oyun” adlandırır və müqayisəni formal varis seçimi kimi görmür. Lakin qəzet yazır ki, MAGA (“Amerikanı yenidən böyük edək”) imperiyasının gələcək varisi onun üçün əsas məsələ olaraq qalır.
WSJ mənbələri iddia edir ki, Tramp getdikcə Rubioya rəğbətini göstərir, onun çıxışlarını tərifləyir və birbaşa səlahiyyətlərindən kənar məsələlərdə ondan məsləhət alır. Eyni zamanda, o, Vensi tənqid etmir və ya onun seçki perspektivlərinə şübhə ilə yanaşmır.
Donald Tramp 2028-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində liderlərin mövcudluğunu, lakin onlardan konkret birini müəyyən etməyin hələ tez olduğunu əvvəllər də bildirmişdi. O, həmçinin Rubio və Vensi əla insanlar adlandırıb, lakin 2028-ci il seçkilərində öz xələfinin adını çəkməkdən imtina edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]