WUF13-də Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsinin lokallaşdırılması mövzusunda sessiya keçirilib - YENİLƏNİB
Bakı, 19 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı - Yerli Maliyyələşdirmə Çərçivələri və Alətlərinin İnteqrasiyası Vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Maliyyələşdirilməsinin Lokallaşdırılması (Yerli2030 Koalisiyası)” mövzusunda sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Yerli2030 Koalisiyasının 2-ci İşçi Qrupunun DİM-lərin Lokallaşdırılmasının Maliyyələşdirilməsi tərəfindən təşkil olunan sessiyada yerli və regional hökumətlərə DİM-lər üçün maliyyənin lokallaşdırılmasını sürətləndirmək məqsədilə İnteqrasiya Olunmuş Yerli Maliyyələşdirmə Çərçivələrini (ILFF) və Alətlərini tətbiq etməkdə dəstək olan qrupun və onun üzvlərinin fəaliyyəti nümayiş etdirilib.
Yerli2030 Koalisiyasının sədrinin müavini İnyigo Arbiolun moderatorluğu ilə keçən sessiyada inteqrasiya olunmuş maliyyələşdirmə yanaşmalarının artıq tətbiq olunduğu konkret ölkə təcrübələri təqdim edilib.
Çıxışçılar İLFF-lərin və maliyyə alətlərinin tətbiqi sahəsindəki tərəqqini, bunun təsiri ilə bağlı araşdırmaların nəticələrini açıqlayıblar.
Videomüraciətlə çıxış edən İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin davamlı inkişaf siyasətləri üzrə baş direktoru Serxio Kolina maliyyələşmədə lokal aktorların rolunu, şəhərsalmada bu məsələlərin nəzərə alınmasının önəmini qeyd edib. Maliyyələşmədə yerli qurumların cəlbinin əhəmiyyətini vurğulayan natiq kordinasiya platformasının faydası barədə danışıb.
BMT-nin İnkişaf Proqramının siyasət və proqram dəstəyi bürosunun direktor müavini Francine Pickup çıxışında DİM-in və digər qlobal öhdəliklərin reallığa çevrilməsi üçün maliyyələşmə, struktur islahatları və beynəlxalq əməkdaşlığın rolunu vurğulayıb. Qeyd edib ki, 2030-cu ilə qədər qarşıya qoyulan hədəflər sadəcə tövsiyə deyil, dövlətlər, şəhərlər və əyalətlər səviyyəsində yerinə yetirilməli olan ciddi öhdəliklərdir. İnteqrasiya Olunmuş Milli Maliyyə Çərçivələri (INFF) dövlət və özəl sektor arasında əməkdaşlıq qurur, vergi siyasətini uyğunlaşdırır və lazımi prioritetlərə investisiya yatırılması üçün mexanizm rolunu oynayır. Prosedurların uğurlu olması üçün məsələlərə təkcə kiçik layihələr səviyyəsində deyil, güclü siyasi iradə nümayiş etdirərək sistemli şəkildə yanaşılmalı və milli maliyyə mexanizmləri qurulmalıdır.
Pakistandan olan nümayəndə Muhammed Mahmeed qeyd edib ki, ölkəsi yerli səviyyədə idarəetməni iqlim dəyişikliklərinə uyğunlaşdırıb: "Bununla bağlı bələdiyyənin gücləndirilməsi, DİM və inteqrativ yanaşma ətraf mühitlə bağlı məsələləri dayanıqlı şəkildə aparmağa imkan verir. Məqbul qiymətə yaşayış, inklüziv modellərin olması yeni şəhər mühitinə uyğunlaşmağa imkan verəcək".
Meksikanın Nuevo Leon ştatının texniki məsələlər üzrə katibi Anna Fernanda Hierro bunları deyib:"Bizim müəyyən maliyyə çərçivələrimiz mövcuddur. Halbuki bizim hələ də maliyyə problemlərimiz mövcuddur və hökümətin illik dəstəyə ehtiyacı var. Biz sosial və akademik sektorları dəstəkləyirik. Bizim yeni strategiyamız olamlıdır ki, təcrübələr eldə edə bilək".
BMT-nin Ətraf Mühit Programının Submilli İqlim Fəaliyyəti rəhbəri Şeron Gil çıxışında qeyd edib ki, sözügedən proqramın əsas vəzifəsi ətraf mühitin gündəliyində boşluqları və çağırışları müəyyən etməkdir:"Biz həmkarlarımızla sıx əməkdaşlıq edirik və ətraf mühitin qorunmasını necə effektiv maliyyəşdirməklə bağlı imkanları nəzərdən keçiririk, müxtəlif programları icra edirik. Onlardan biri “İstiliyə qalib gəl” proqramıdır. Bu proqramı 230 şəhər dəstəkləyir".
Qeyd olunib ki, yerli maliyyə alətləri və yerli maliyyələşdirmə kanallarını gücləndirmək üçün innovativ metodologiyalar şəhər və regional hökumətlər tərəfindən qəbul edilir, tətbiq olunur və genişləndirilir.
17:13
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı - Yerli Maliyyələşdirmə Çərçivələri və Alətlərinin İnteqrasiyası Vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Maliyyələşdirilməsinin Lokallaşdırılması (Yerli2030 Koalisiyası)” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, Yerli 2030 Koalisiyasının 2-ci İşçi Qrupunun DİM-lərin Lokallaşdırılmasının Maliyyələşdirilməsi tərəfindən təşkil olunan bu tədbir yerli və regional hökumətlərə DİM-lər üçün maliyyənin lokallaşdırılmasını sürətləndirmək məqsədilə İnteqrasiya Olunmuş Yerli Maliyyələşdirmə Çərçivələrini (ILFF) və Alətlərini tətbiq etməkdə dəstək olan qrupun və onun üzvlərinin fəaliyyətini nümayiş etdirəcək.