Xaçmaz rayonunda 70 hektar mədəni meşə salınmışdır
Xaçmaz, 15 yanvar (AZƏRTAC). Ötən il Xaçmaz rayonunda meşələrin mühafizəsi və bərpası işləri uğurla həyata keçirilmişdir.
Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildə rayonda dövlət meşə fondunun torpaqlarında, plana uyğun olaraq, 70 hektar mədəni meşə salınmışdır. Həmin ərazilərə ümumilikdə 163 mindən çox ağac tingi və toxumaca əkilmişdir. Əkin zamanı akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, qoz, şabalıd və digər qiymətli ağac növlərinə üstünlük verilmişdir.
Həmçinin bu müddətdə 220 hektar meşəlikdə təbii bərpa işləri aparılmış, bir hektardan artıq sahədə yeni tinglik salınmışdır.
Müəssisə tərəfindən ötən il 4 min kubmetr odun, 3.036 kiloqram toxum tədarük edilmiş, 250 min ting və toxumaca hazırlanmışdır.
Bununla yanaşı, rayonun meşəçiləri 2012-ci ildə 20 min 725 hektar sahədə mövcud dövlət meşə fondunun mühafizəsini və bərpasını uğurla həyata keçirmiş, yanğından mühafizə məqsədilə tədbirlər görmüş, təbii bərpaya kömək tədbirləri həyata keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]