Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə Bakı Musiqi Akademiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 8 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli arasında aparılan söhbət zamanı akademiyanın Xaçmaz, Şabran və Quba rayonlarında konsert proqramları ilə çıxış etməsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, yaxın zamanda F. Bədəlbəylinin regionda konsert proqramı ilə çıxış etməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]