Xaçmaz və Zaqatalada daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaşlarla görüş keçiriləcək
Bakı, 23 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 26-da publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları, yanvarın 30-da isə publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin inzibati binasında Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla görüşəcək.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 12:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar 5 saylı Xaçmaz Ərazi İdarəsinə (telefon: 02332-5-00-18, elektron ünvan: [email protected]) və 18 saylı Zaqatala Ərazi İdarəsinə (telefon: 02422-4-00-63, elektron ünvan: ([email protected]) müraciət edə bilərlər.