Xaçmazda 664 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb
Xaçmaz, 13 mart, AZƏRTAC
Xaçmaz şəhərində yenidənqurma işləri ilə əlaqədar 664 abonentin qaz təchizatında fasilə yaranıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda “Xaçmaz” qazpaylayıcı stansiyasından qidalanan “Qusarçay” ortatəzyiqli qaz kəmərinin şəhər istiqamətində ayrılan qaz xəttinə balans ölçü qovşağı quraşdırılır. Bununla əlaqədar "Ariz" və "Ariz 2" yaşayış kompleksləri, 9-cu kvartal, Ş.Mehrəliyev, Ş.Tarverdiyev, S.Ələsgər, A.Cəbrayılov və N.Nərimanov küçələrinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.
Ölçü qovşağının quraşdırılması işləri başa çatdıqdan sonra təbii qaz təminatı bərpa olunacaq.
Müxbir - Elxan Yusifli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]